XƏBƏRLƏR
MƏLUMAT
“Qaraca qız” əsəri haqqında məlumat tipli videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2022 08:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyeva “Qaraca qız” hekayəsi haqqında məlumat tipli videoçarx hazırlayıb.

Görkəmli yazıçı Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan əsərlərindən biri də “Qaraca qız” hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız çox zirəkdir. Bu qız kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüşdür. Valideynlərini itirən Qaraca qız bir qaraçı ailəsinin himayəsində qalır. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır.

Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, mehribanlıq göstərdiyi Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanın qanından zəhəri soraraq onu ölümdən qaytaran Qaraca qızın özü həyata gözlərini əbədilik yumur. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.

Videoçarxı aşağıdakı keçiddən ətraflı izləyə bilərsiniz:

https://www.facebook.com/xezermksxezer/videos/908538173638567

Baxış sayı: 2631