“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" kitabını "Elm və təhsil" nəşriyyatında nəşr edib. Kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillidir. Kitabın elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü Teymur Kərimli, elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlidir.
Kitabda Qarabağlı Pir Məhəmmədin həyatı və təsəvvüfi fəaliyyətindən bəhs olunub. Onun haqqında yazılmış "Mənaqibnamə" əsərinin nüsxələri tekstoloji təhlil edilib, Türkiyə nüsxəsi transfoneliterasiya olunub, mətn sadələşdirilib.
Mənqibələrdə adı çəkilən XVI əsrdə Qarabağda yaşamış şəxslər və mövcud olan toponimlər tədqiq edilib. Kitabda Türkiyə, Bakı və Duruca nüsxələrinin fotofaksimiləsi yerləşdirilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəlliflər bildirir ki, sanki, övliya mənqibələrdə tez-tez xatırlanan kəramətini göstərib, Qarabağın, Ağdamın, Qarapirimlinin, onun türbəsinin azad olunması ilə kitabın nəşri üst-üstə düşüb. Əsərin tədqiqi üçün üç nüsxə - İstanbul Millət Əlyazma Əsərlər Kitabxanası, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Qəbələ rayonu Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi kolleksiyasındakı nüsxələr istifadə edilib.
Pir Məhəmməd XVI əsrin birinci yarısında Qarabağda yaşamış və təsəvvüfi fəaliyyət göstərmiş xəlvəti şeyxidir. “Qara Pirim” və “Qara Şeyx” deyə tanınan Pir Məhəmmədin nəsli məşhur sufi Şəms Təbriziyə bağlanır. Onun nəticəsi Feyzullah əfəndi Osmanlı dövlətində ən ali vəzifələrdən hesab olunan şeyxülsilamlığa yüksəlib, sultanın övladlarının müəllimi olub. Özündən sonra iki oğlu Mustafa əfəndi və Mürtəza əfəndi də şeyxülislam kimi Osmanlı dövlətinin ictimai-siyasi fəaliyyətində yaxından iştirak ediblər. Hazırda Millət Kitabxanası İstanbul şəhərinin Fateh rayonunda Pir Məhəmmədin nəticəsi Feyzullah əfəndinin külliyəsində yerləşir. Kitabxanada ayrıca Feyzullah əfəndi əlyazma kolleksiyası var. “Mənaqibnamə”nin Türkiyə nüsxəsi həmin kolleksiyadadır. Feyzullah əfəndi bununla yanaşı, nəslinin şəcərəsini tanıdan “Silsilənamə” risaləsi də qələmə alıb. Kitabda həm “Mənaqibnamə”, həm də “Silsilənamə” risalələrinə əsaslanaraq Qarabağlı Pir Məhəmmədin həyatı və fəaliyyəti haqqında məlumat verilir.
“Mənaqibnamə”nin əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir. Duruca nüsxəsindən Pir Məhəmmədin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli kəndində “Mənaqibnamə”də adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı müəyyən edilib. Hazırda həmin yerləri tədqiqata cəlb edə bilməsək də gələcəkdə Qarapirimli xanəgahının arxeoloji baxımdan öyrənilməsi işləri həyata keçiriləcəkdir.
Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si kitabının təqdimatı onlayn formatda ZOOM platformasında 21 yanvar 2021-ci ildə saat 15.00-da keçiriləcəkdir.
Təqdimat bütün maraqlananlara açıqdır:
https://us02web.zoom.us/meeting/87239846105
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə