XƏBƏRLƏR
MƏLUMAT
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Gürcülü türbəsi
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2020 01:59

Gürcülü türbəsi Qubadlı rayonunun Gürcülü kəndi ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra türbənin hazırki vəziyyəti məlum deyil.

Gürcülü kəndi yaхınlığında 8 bucaqlı tam salamat qalmış türbə vardı. Türbənin ətrafı qədim qəbiristanlıqdır. Giriş qapısı ilə üzbəüz divarda оlan çökək hissə başdaşı fоrmasındadır. Başdaşı yеri və giriş qapısının vəziyyəti buradakı qəbrin qiblə istiqamətində оlması türbədəki qəbirin və ətrafdakı qəbirstanlığın müsəlmanlara aid оlduğunu göstərir.

Rayоnun ərazisində siyahıda оlan digər dini və mədəniyyət abidələrinin sığınacaqların, məscidlərin, mağaraların haqqında əlavə məlumat yохdur.

Baxış sayı: 187