XƏBƏRLƏR
MƏLUMAT
Populyar estrada müğənnisi Elnur Məmmədovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2022 01:01

Məmmədov Elnur Rafiq oğlu 1982-ci il oktyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbə gedib. 1992-ci ildən 18 saylı musiqi məktəbində, məşhur xanəndə Əlibaba Məmmədovun sinfində təhsil alıb. Xüsusi musiqi istedadı tanınmış bəstəkar Əfsər Cavanşirovun diqqətini cəlb edib və o elə həmin ildən “Bənövşə” uşaq xorunda çıxış etməyə başlayıb. 1993-cü ildə uşaq flarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilimi davam etdirib. Bu illər ərzində dəfələrlə ölkə televiziya və radiolarında müxtəlif səpkili mahnılar ifa edib və perspektivli gənc ifaçı kimi diqqət mərkəzində olub.

1994-cü ildə “Qönçə – 94” müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək, laureat adını alıb. Həmin ildə UNESCO-nun Beynəlxalq Uşaq günü ilə bağlı keçirdiyi telemarafonda ifası ümummilli lider Heydər Əliyev tərəfindən xüsusilə bəyənilib və o müğənninin gələcək sənət fəaliyyəti ilə bağlı olduqca dəyərli fikirlərini bölüşüb.

1999-cu ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsinə daxil olub. Tələbəlik illərində ictimai fəallığı ilə fərqlənib və 2003-cü ildə ali təhsilini uğurla başa vuraraq musiqiçi karyerasını davam etdirib.

2003-cü ildən Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin doğum günündə qrup daxilində ilk konsert proqramı ilə çıxış edib. Daha sonra “Yaşıl teatr”da “Belə olarmı” adlı solo konsert layihəsi reallaşıb. Müğənni-tamaşaçı ünsiyyəti Bakı ilə məhdudlaşmayıb və gənc ifaçı bölgələrdə də uğurlu konsertləri ilə tamaşaçı rəğbəti qazanıb.

Xeyriyyə tədbirlərində aktiv iştirakına görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. “İlin müğənnisi” və “İlin hiti” Milli Mükafatlarının qalibi olub. İndiyə qədər 8 mahnı albomum işıq üzü görüb, 250-dən cox mahnı ifa edib. İyirmiyə yaxın klipi dəfələrlə televiziya və radioda hit – paradlarının qalibi olub.

Elnur Məmmədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət tədbirlərində aktiv iştirak edib. Habelə, xaricdə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizi layiqincə təmsil edib.

2011-ci ildə 21-ci əsrin ilk “Leyli və Məcnun” müziklında İbn Salam rolunda oynamışdır.Azərbaycanın bir çox rayonlarında habelə ölkə xaricində, Türkiyənin İstanbul, Almaniyanın Köln, Rusiyanın Sankt-Peterburq, Hollandiyanın Hannover, Utrext, ABŞ-ın Texas, Vaşinqton, İsrail, Gürcüstan və bir çox ayrı ölkələrdə solo konsert proqramı ilə çıxış edib.

2011-ci ildə Türkiyədə 27 ölkə içində Azərbaycandan ilk olaraq “Avrupa qazeteciler derneyi”nin “İlin ən yaxşı Azərbaycan sənətçisi” mükafatına layiq görülüb.

Baxış sayı: 236