XƏBƏRLƏR
MƏLUMAT
Nüsrət Kəsəmənlinin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2019 02:14

Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illərdə "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edilib və bununla əlaqədar qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra, Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub (1978-1985).

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), Mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultaylarında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib. "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.2003-cü ilin oktyabrın 15-də Təbrizdə vəfat edib.

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı Nüsrət Kəsəmənlinin məşhur şeirlərindən birini sizə təqdim edirik.

Daha nağıllara inanmıram mən

Biri vardı, biri yox...

Səni unutsam...

Vətən alov etsin odunu sənin

Mənsiz qalacaqdır bu dünya birgün

Oğru olmaq istəyirəm

Ağacın altında kölgə

Qoyunlar yeyəcək canavarları...

Məhəbbətdən küsəndə

Yoxdusa

Mənim o ağaca yazığım gəlir...

Mənə inanmırsan bir yuxu kimi

İnanma əzizim, inan əzizim.

 

Baxış sayı: 2131