XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2025 10:17

Bu gün Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur.

Hacıbaba Bağırov Lənkəran Dövlət Dram Teatrında, Gəncə Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb, özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrının bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Hicran” və bir çox tamaşalarda, “Ulduz”, “Onun bəlalı sevgisi”, “Qanun naminə”, “Alma almaya bənzər” və başqa filmlərdə müxtəlif rollar ifa edib.

Hacıbaba Bağırov 2006-cı ildə vəfat edib.

Baxış sayı: 49