XƏBƏRLƏR
MƏLUMAT
“Muğam axşamları” layihəsi şərçivəsində “Bayatı Kürd” və “Qatar” muğamları təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
12/01/2023 01:17

Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin növbəti konserti keçiriləcək. Musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamlarını VIII Muğam Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı təqdim edəcəklər.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilib. Layihənin beynəlxalq mətbuatda işıqlandırılmasında “Baku” jurnalının böyük rolu var. Bundan başqa, BMM və İctimai Radio arasında əməkdaşlıq sayəsində “Muğam axşamları” konsertləri radio dinləyiciləri üçün lentə alınıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edib.

Baxış sayı: 167