XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
30/07/2025 10:59

Milli Kitabxanada “30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual kitab sərgisi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər,fotolar,insan alverinə qarşı mübarizə tədbirləri, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi,insan alverinə qarşı mübarizəyə dair normativ-hüquqi aktlar və s.mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Baxış sayı: 55