XƏBƏRLƏR
MƏLUMAT
“Meymunlar planeti Müharibə” filminin yeni bölümünün çəkilişlərinə başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2022 03:17

“Fox” kinostudiyası “Meymunlar planeti: Müharibə” filminin növbəti yeni bölümünü hazırlayır və artıq aktyor seçimlərinə başlanılıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin ssenarisi tam hazırlanaraq studiya rəhbərliyi tərəfindən təsdiqlənib.

“Meymunlar planeti”nin rejissoru Ues Bolun layihəni tərk edəcəyi də məlum olub, lakin səbəblər göstərilmir. Çox güman ki, onu yeni rejissor Pol Douns Kolayzo əvəz edəcək.

Qeyd edək ki, “Meymunlar planeti: Müharibə” adlı filmin sonuncu bölümü 2017-ci ildə ekranlaşdırılıb.

Filmin istehsal büdcəsi 150 milyon dollar, dünya üzrə kassa gəliri isə 490 milyon dollar olub.

Baxış sayı: 434