
Azərbaycanın “Avroviziya 2025” mahnı müsabiqəsindəki rəsmi mahnısı bəlli olub. “Mamagama” qrupu may ayında Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.
İctimai Televiziyadan AZƏRTAC-a bildirilib ki, “Run with U” müasir səs texnologiyası, güclü ritmləri və təsirli melodiyası ilə Avroviziya səhnəsinə yeni bir nəfəs gətirəcək. Mahnı dinləyicilərə ruhlandırıcı bir hiss bəxş etməyi hədəfləyir.
Mahnının futuristik üslubda çəkilmiş rəsmi klipində Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alır. Klipin əsas süjeti musiqinin gücünü vurğulayan maraqlı hekayəyə əsaslanır: bir robot həyata qayıtmaq üçün mübarizə aparır, lakin qrup üzvləri Həsən və Arifin bütün cəhdlərinə baxmayaraq, bu, mümkün olmur. 2023-cü ilin Avroviziya iştirakçıları, əkiz qardaşlar Tural və Turan da dəstək olmaq üçün onlara qoşulur, lakin yenə də alınmır. Sonda 2024-cü ilin iştirakçıları Fahree və İlkin Dövlətovun gəlişi ilə hər şey dəyişir. Əsrarəngiz səsi ilə seçilən və muğamlarımızın möhtəşəm ifaçısı olan İlkin Azərbaycanın dərin mədəni irsini yaşadan sazı gətirir və onu Həsən və Arifə təqdim edir. Sazın simlərinə toxunulduğu anda sehr baş verir – robot həyata qayıdır.
Əvvəlki illərdə Azərbaycan milli alətləri Avroviziya səhnəsində yer alsa da, ilk dəfə olaraq sazın sədaları bütün Avropaya yayılacaq. Bu alət musiqinin ruh və insan arasındakı güclü əlaqəsini, hətta cansız obyektlərə belə həyat vermə gücünü simvolizə edir.
Klipin yaradıcı heyəti musiqi və vizual estetikanın mükəmməl ahəngini yaratmağa çalışıb. Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov bu barədə fikirlərini bölüşüb: "Biz bu klipi sadəcə musiqi videosu kimi deyil, həm də dərin mənaya malik hekayə kimi qurduq. Robotun həyata qayıtması yalnız texnologiyanın deyil, musiqinin insan ruhuna təsir edən əbədi gücünün göstəricisidir. Sazın bu prosesdə əsas rol oynaması isə mədəni irsimizə olan sevgimizin və hörmətimizin simvoludur. Ümid edirik ki, bu vizual və musiqi harmoniyası tamaşaçılara unudulmaz bir təcrübə bəxş edəcək."
Klipin rejissoru Elvin Əhmədoğludur və o, vizual estetika və emosional hekayəni ustalıqla birləşdirərək unikal iş ortaya qoyub.
“Mamagama” qrupu gənc və istedadlı musiqiçilərdən – Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarətdir. Onların musiqisi fərqli üslubların birləşməsi və modern yanaşmaları ilə seçilir. "Run with U" mahnısı qrupun yaradıcılığını beynəlxalq auditoriyaya tanıtmaq üçün böyük bir imkan olacaq. “Mamagama” mayın 13-də Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində səhnəyə çıxacaq.
Rəsmi klipi və mahnını Avroviziyanın rəsmi yutub kanalında izləyə bilərsiniz.
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
- 11:55 Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
- 11:08 Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
- 10:51 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:49 SSRİ Xalq artisti Səid Rüstəmovun anadan olmasının 118 ili tamam olur
- 09:32 Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır
- 09:23 Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib