Luvr Muzeyi (fransız dilində Musée du Louvre) dünyanın ən məşhur muzeylərindən biridir. Muzey 1793-cü ildə açılıb. Həmin il Fransa burjua inqilabının nəticəsi olaraq Burbonlar sülaləsindən kral XVI Lüdoviq devirilərək edam edilib. Kralın Parisdəki gözəgəlimli saray binalarından birində muzey təşkil olunması barədə qərar verilib. Luvr sarayının binası XII əsrdə inşa edilib. Bir müddət qala və həbsxana kimi istifadə olunub. XV- XVI əsrlərdən etibarən Fransa krallarının nadir incəsənət kolleksiyalarının saxlanc yerinə çevrilir.
Hazırda Luvr muzeyinin kompleksi 18 hektar ərazini əhatə edir, muzey salonlarının ümumi sahəsi isə 60 min kv m-dir.
Luvr dünyada ən çox ziyarət edilən muzeydir, Eksponatlarının zənginliyinə və dəyərinə görə, Luvr dünya muzeyləri sırasında ön yerlərdən birini tutur. Burada nümayiş olunan eksponatlar arasında rəsm əsərləri, keramika, fil dişindən düzəldilmiş əşyalar çoxluq təşkil edir. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur. Luvrun ən tanınmış eksponatları Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Leonardo da Vinçinin məşhur “Cokonda” (Mona Liza) və digər rəsm əsərləri, Rembrandt və Tisianın rəsmləri, Ejen Delakruanın “Barrikadada azadlıq” əsəri sayılır.
Qiymətli əşyalar arasında Venesiya hökmdarının kraliça Mariya Mediçiyə toy hədiyyəsi olaraq bağışladığı, çərçivəsi zümrüdlə bəzənmiş güzgü də var. Güzgü flamand sənətkarı Piter Rubens tərəfindən hazırlanıb. Burada həmçinin qiymətli almaz sayılan, çəkisi 137 karat olan “Regent” almazı saxlanılır. Bu almaz 1700-cü ildə Hindistanda, Qolkond əyalətində bir qul tərəfindən tapılıb. Almazı tapan qul öz dabanını deşir və almazı orada gizlədib sarıyır. Bu sirri ancaq bir matrosa açır və xahiş edir ki, bunun müqabilində onu üzdüyü gəmiyə götürsün. Matros onu aldadıb gəmiyə götürür, ancaq almazı quldan alandan sonra, onu dənizə tullayır. Sonra almazı 1000 funt-sterlinqə müqəddəs Georq şəhərinin qubernatoru Pittə satır. Almazın ikinci adı “Pitt” də buradan götürülüb. Ancaq almazı satan matrosun bəxti gətirmir. Aldığı pulları xərcləyib qurtardıqdan sonra o intihar edir.
İkinci bir versiyaya görə, qubernator Pitt bu daşı Yaxmund adlı bir adamdan 312 min franka alır. O zaman Fransa regenti olan Orlean Hersoqu bu daşı ondan 375 min franka kral XV Lüdoviq üçün alır. 1792-ci ildə “Regent” almazı digər qiymətli əşyalarla birlikdə kral sarayının talan edilməsi zamanı yoxa çıxır. Sonralar hansı yollasa yenidən saraya qaytarılır. O zaman Fransa hökuməti maliyyə ehtiyacı üzündən almazı varlı rus taciri Treskova satır. Onu təkrar Fransaya qaytaran isə Napoleon Bonapart olur. Zaman-zaman bu daşı auksionlarda satmaq istəsələr də, tarixi əhəmiyyətini nəzərə alıb onu satışa çıxarmayıblar. Napoleonun hakimiyyəti zamanı müharibələr nəticəsində muzeyə gətirilən memarlıq nümunələri artmağa başlayır və həmin illərdə də Misir, Yaxın Şərq ölkələrindən incəsənət əşyaları gətirilir.
Luvrda ən qədim zal “Kariatid zalı” hesab olunur. “Kariatid” sözünün mənası qadın fiquru deməkdir. Bu zalda kraliça Mariya Stüartın toy mərasimi, Jan Batist Molyerin ilk pyesinin tamaşası, müxtəlif müsamirələr keçirilib. 1826-cı ildə Luvrda Misir zalı açlır. Burada olan eksponatlar Napoleonun səfəri zamanı fransız ekspedisiyasının əldə etdiyi tapıntılar idi. Bu muzeyin ilk qoruyucusu Misir heroqliflərinin sirrini açmış alim Jan Fransua Şampolon olub. Hal-hazırda qədim Misirə aid olan eksponatlar 20 zalda yerləşir.
Qeyd etmək lazımdır ki, çox insanlar öz şəxsi kolleksiyalarını vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayırlar. Bunlardan biri də tanınmış kolleksiyaçılardan Edmund Rotşild olub. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələrindən ibarət olub.
Antik eksponatlar zalında bütün dünyada məşhur olan yunan gözəllik ilahəsi Veneranın büstü saxlanılır. O, 1820-ci ildə Milos adasında Georqeski adlı bir kəndli tərəfindən tapılıb. Kəndli bir müddət gizlətdikdən sonra büstü satmaq qərarına gəlir və onu Dyumon Durvil adlı bir fransız zabitinə göstərir. Zabit savadlı adam idi və sənətə qiymət verirdi. O büstü almaq istəyir, ancaq kəndlinin dediyi qiymətə pulu çatmır. Durvil kəndlini dilə tutur ki, lazım olan məbləği toplayana qədər onu heç kimə satmasın. O, İstanbuldakı (o vaxt bütün Yunanıstan ərazisi, o cümlədən Milos adası Osmanlı imperatorluğunun tərkibində idi) fransız konsulunun yanına gedir və qədim eksponatı almaq üçün onu dilə tutur. Ancaq qayıtdıqdan sonra öyrənir ki, büst bir türkə satılıb və həmin adam tezliklə yola düşəcək. Böyük rüşvət hesabına Durvil büstü alır və limanda dayanmış fransız gəmisinə aparır. Gəmidə yenidən büst uğrunda türklərlə fransızlar arasında dava düşür. Büst əldən-ələ keçir. Sonda büst fransızlarda qalır və gəmi tələsik yola düşür. Toqquşma nəticəsində büstün mərmərdən hazırlanmış əlləri qırılır və limanda qalır. O indiyədək tapılmayıb.
Luvr muzeyinin rəsm qalereyası başqa muzeylərdən daha zəngindir. Burada Rafael, Delakrua, Rembrandt, Qoyya kimi dünya şöhrətli rəssamların əsərləri saxlanılır.
Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə 300 minədək eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 minə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qorunma şəraitində saxlanılır və ildə bir neçə ay ziyarətçilərə nümayiş olunur. Qeyd edək ki, Luvrda Azərbaycana aid eksponatlar da saxlanılır. Bunlar əsasən xalçaçılıq nümunələridir. Əsasən XVI-XVII əsrlərə aid olan Gəncə, Şamaxı, Naxçıvan, Şəki xalça məktəbinin məhsulları olan bu xalçalar muzeyin dekorativ sənət zalında nümayiş etdirilir. Bunlardan başqa dəmir, gümüş, bürüncdən hazırlanmış nadir əşyalar da var. Bunların arasında bürüncdən hazırlanmış, qiymətli daşlarla bəzədilmiş uzun dimdikli quş şəklində olan qab daha çox fərqlənir. Bu eksponat Luvrun Şərq mədəniyyəti zalında nümayiş olunur.




- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə