Arif Hacıağa oğlu Babayev 1928-ci il sentyabrın 24-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı Qəsr küçəsində anadan olub. İçərişəhərin yazılmayan qayda-qanunları altında böyüyüb. Yaşıdları ilə top qovub, bəzi tay-tuşlarına qoşularaq dram dərnəklərinə gedib. Hadisələrin sonrakı gedişi sübut edib ki, Arifdə teatra, sənətə maraq heç də ötəri deyilmiş. Teatr texnikumuna daxil olan Arif peşəkar səhnəyə çox erkən yaşlarında çıxıb. Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət" tamaşasında Arifə epizodik rol tapşırıb. Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan sayılan Ağaəli Dadaşov da gənc oğlana kiçik rollar etibar edib. Arif Babayev "Məlikməmməd", "Qaraca qız" tamaşalarında epizodik rollar oynayıb.
1946-cı ildə Arifin həyatında mühüm hadisə baş verib. Azərbaycan Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından Arif Babayev də mexaniki olaraq bu ali məktəbin tələbəsi sayılıb və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alıb. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi onu da nəzərə alıb. Arif Qorodniçi obrazını oynayıb. 1953-cü ildə Teatr İnstitutundan rejissorluq diplomu qazanan A.Babayev Naxçıvan teatrına göndərilib. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verib. Qısa müddətdən sonra Bakıya qayıdaraq səhnəsində ayaq izləri olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlib.
1956-cı il fevralın 14-də milli televiziyamız ilk verilişləri ilə efirə çıxıb. Çox keçmir ki, Arif Babayevin teatrdakı karyerası başa çatıb. Onu yeni yaranan televiziyaya işə dəvət ediblər. Televiziya rejissoru kimi öz istedadını sübut etmək üçün Arifə o qədər də çox vaxt lazım olmur. 1959-cu ildə onu televiziyanın baş rejissoru təyin ediblər. Bu illər ərzində "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini çəkir, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayıb. Bu arada onu Moskvaya ezam ediblər. Mərkəzi televiziyada çalışanlara əsl televiziya rejissorunun necə olmasını göstərən Arif Babayev "Rejissor pultunun Paqaninisi" titulunu alaraq yenidən Bakıya dönüb.
Arif Babayev 1964-cü ildə ilk rəsmi mükafatını alıb. “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən ilk televiziya işçisi kimi tarixə düşüb.
1964-cü ildən Arif Babayevin həyatının növbəti dövrü başlayıb. "Azərbaycanfilm" Kinostudiyasına dəvət alan Arif müəllim televiziyanı kinoya dəyişib. Onun bu addımından milli televiziyamız nə qədər uduzursa, kinomuz bir o qədər qazanır.
Arif isə illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatıb. Uşaq yaşlarından kinoteatrlarda filmlərə baxmaqdan doymayan, bu sənət barədə yazılan kitabları, qəzet materiallarını oxumaqdan usanmayan, "kino", "panorama", "nayezd", "otyezd" kəlmələri dilindən düşməyən Arifə "Motor!" komandası vermək, çəkiliş meydançasının hakimi mütləqinə çevrilmək qismət olub.
İmran Qasımovun ssenarisi ilə lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi sənət zirvəsi sayılmasa da, Arif Babayevin kinoda ilk işi kimi tarixə düşür. "Zirvə" A.Babayevin Azərbaycan kinosuna bəxş etdiyi 9 filmin ilkidi.
"İnsan məskən salır" (1966), ssenari müəllifi İmran Qasımov; "Uşaqlığın son gecəsi" (1970), ssenari müəllifi Maqsud İbrahimbəyov; "Gün keçdi" (1972), ssenari müəllifi Anar; "Ömrün ilk saatı" (1975), ssenari müəllifi Ramiz Fətəliyev; "Alma almaya bənzər" (1976), ssenari müəllifi Alla Axundova; "Arxadan vurulan zərbə" (1978), ssenari müəllifi Elçin; "Bizi bağışlayın" (1980), ssenari müəllifi Yuri Bondarev; "Birisigün, gecəyarısı" (1981), ssenari müəllifləri R.Fətəliyev, M.Avdıyev və A.Donets filmləri “insan və zaman”, “şəxsiyyət və cəmiyyət” mövzularına həyat həqiqətləri prizmasından yanaşması ilə milli kinomuzun incilərindən sayılır. Bu filmlərdə qəhrəman onu əhatə edən mühitlə, mənzərə və musiqi ilə həmahəngdir. Filmlərin tamaşaçıya yaxınlaşdıran, onun qısa müddətdə bir müstəvidən başqasına keçidini təmin edən və özünü xəyallarının qəhrəmanına çevirən də məhz rejissorun yüksək bədii zövqünün və yaradıcı heyətlə ümumi ansamblda işləyərək bədii möcüzə yaratmaq bacarığından irəli gəlib.
Arif Babayev 1983-cü il avqustun 26-da həyatdan köçüb, avqustun 27-də torpağa tapşırılıb.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə