Azərbaycan qadınlarının örtmə (bağlama) baş geyimlərinin bir qismini kəlağayı təşkil edib. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ, palıdı yerli, yelənli kəlağayılar daha geniş yayılıb. Həm yerli kustar istehsala məxsus Gəncə, Şəki, Şamaxı, Basqal kəlağayıları, həm də gətirilmə kəlağayılar (”kolxana” və ya “korxana", “qonşuçatladan”, “saçaqlı kəlağayı”, “bağdatı”, “heratı”, “hələbi” və s.) varlı qadınlarının gündəlik geyim dəstində, yoxsulların isə bayramlıq (boxçalıq) paltarları içərisində əsas yer tutub. Adətən, təsəyin və ya çalmanın üstündən örtülən kəlağayını başa bağlamaq üçün onu diaqonal boyunca qıyqac edir, uclarından birini sinə üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atıblar. Kəlağayının kürəyə atılan qanadından yaşmaq kimi də istifadə edilib. Çalmanı başda möhkəm saxlamaq və yaraşıqlı görünməsini təmin etmək üçün, bir qayda olaraq, ərli qadınlar оnun üstündən qızıl və ya gümüş qarmaq vurublar. Gənc qadınlar çalmanın üstündən “heratı”, “hələbi”, “qonşuçatladan”, “bağdatı” və s. kimi əlvan rəngli kəlağayı bağlayıblar. Belə başbağlama üsuluna Qarabağda və Gəncəbasar bölgəsində “sallama” deyilib. Adətən toy-bayrama, gəzməyə gedərkən başı “sallama” üsulu ilə bağlayıblar. Digər hallarda “qızbaşı” deyilən başbağlama üsulundan istifadə edilib. Bunun üçün baş örtüyünün hər iki ucu arxaya atılaraq boynun ardında düyünlənib.
Azərbaycan qadınları kəlağayını Basqal, Şuşa, Gəncə və Şəkinin basmanaxışçı ustalarından satınalma yolu ilə əldə ediblər. Şəkidə ən çox yerli istehsala məxsus “ilanı yelən”, “ağ xalı”, “qoşa yelənli”, “üçgüllü qara”, ”yaşıl yelən”, “soğanı”, “innabı”, “ağ kəlağayı” və b. kəlağayılar rəvan şəkildə istehsal olunub. Adətən, ağ kəlağayılar gəlinlər, yetişmiş qızlar, soğanı, zoğalı və innabı kəlağayılar orta yaşlı qadınlar, qara kəlağayılar isə ahıl, ağbirçəklər üçün münasib sayılıb. Yas-şər məclislərində, fəlakətli-hüznlü günlərdə isə yaşından asılı olmayaraq bütün qadınlar qara kəlağayı örtüblər. Kvadratşəkilli toxunan kəlağayının ölçüləri, təyinatından asılı olaraq 120x120 sm, 140x140 sm, 150x150 sm və 160x160 sm arasında dəyişib. Kəlağayının üzərinə naxışlar xüsusi olaraq düzəldilmiş ağac qəliblər vasitəsilə salınıb. Bu qəliblərin ən geniş yayılan nümunələri “çiçək haşiyə”, “yarpaq haşiyə”, “quyruq haşiyəsi”, “ürəkgülü”, “künc paxlava”, “badam buta”, “göbək dövrəsi”, “şah buta” və ya “balaca buta”, “şabalıd buta”, “qarmaqlı buta” və s. idi.
Azərbaycan kəlağayılarını ölçülərinə görə qız kəlağayısı və qadın kəlağayısı kimi qruplaşdırmaq olar. Bundan başqa, kəlağayılar rənginə, ortamentlərin harmoniyası və naxışlarına görə, ad mənsubiyyətinə görə, eləcə də gətirilmə (xarici) və yerli istehsala məxsus olmalarına görə də fərqləndirilib.
Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir. Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm”ə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı baş örtüyündən danışıldığı bilinmir. “Əcaib-əd-dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örtüyünün adı çəkilir. Sənətşünaslıq doktoru S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti nümunələrində sadə (aşağı) zümrədən olan qadınların kəlağayı örtdüklərini yazır. XVII əsr hollad səyyahı Yan Streys də eynilə bu cür baş örtüyünün Şamaxıda mövcudluğundan bəhs edir. Məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geydikləri haqqında məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Şəkidə də əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi olub. Bu tarix qonşu Xanabad və ümumən Ərəş mahalı toxuculuğu ənənələri ilə eyni yaşda, eyni xarakterdədir. Əgər Xanabad ipək parça toxuculuğunun ən bariz nümunələri olan qanovuz, darayı, alafa ilə şöhrətlənibsə, Şəki özünün müxtəlif ölçülərdə olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları ilə öyünüb. Kəlağayı istehsalı Azərbaycanda basmanaxış sənətinin bir sahəsini təşkil edib. Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində daha çox Şəki, Gəncə, Şuşa və Şirvanın Basqal və Mücü kəndlərində geniş yayılıb. Təkcə Basqalda XX əsrin əvəlində 1500 dəzgaha malik 900 kustar şərbafxana vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunub.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə