Amitabh Baççan 11 oktyabr 1942-ci ildə Hindistanın şimalında yerləşən Allahabad şəhərində məşhur hind şairi Harivanş Ray Baççan (əsl soyadı Şrivastav) və arvadı Teci Baççanın ailəsində anadan olub. 1969-cu ildə karyerasına başlayan Amitabh Hindistanın ən məşhur aktyorlarındandır. O, Hindistan kinematoqrafçıları tərəfindən “Minilliyin aktyoru” adını alan yeganə sənətkardır. Amitabhın Acitabh adlı kiçik qardaşı var.
Əvvəlcə 1970-ci ildə çəkilmiş “Gecikmiş qisas’’ filmi ilə populyarlıq qazanıb və Bollivud ekranında Hindistanın "qəzəbli gənc"i adını alıb. İndiyədək, təxminən, 190-dan çox hind filminə çəkilib. “Divar” (1975), “Qisas və qanun” (1975), “Məhəbbət həyatdır” (1976), “Amar, Əkbər, Antoni” (1977), “Don” (1978), “Şakti” (1982), “Şahənşah” (1988), “Sevənlər” (2000), “Sevincdə və kədərdə” (2001), “Bağban” (2003), “Sevirsən?” (2004), “Vir və Zara” (2004), “Son ümid” (2005), “Banti və Babli” (2005), “Heç vaxt əlvida demə” (2006), “Ata” (2006), “Codha və Əkbər” (2008), “Böyük Getsbi” (2013), “Sarkar 3" (2017) filmlərindəki rolları ilə tamaşaçı kütləsinin rəğbətini qazanıb.
Baççan hind kino tarixinin ən böyük və ən nüfuzlu aktyorlarından biri kimi dünyada tanınır. O, karyerasında çoxsaylı mükafatlar qazanıb, o cümlədən milli film mükafatlarında dörd dəfə “Ən yaxşı aktyor’’ və beynəlxalq kinofestivallarda bir çox mükafatlar qazanıb.
Amitabh Baççan 1973-cü ildən aktrisa Caya Bhaduri ilə evlidir. Onların iki övladı var: qızı Şveta və oğlu Abhişek. Oğlu aktyordur. Abhişek Baççan 2007-ci ildən aktrisa Ayşvariya Rayla evlidir. Üç Milli kino və 11 Filmfare Awards mükafatlarının sahibidir. Hindistanın ali vətəndaş mükafatı: Padma Şri (1984), Padma Bhuşan (2001) və Padma Vibhuşan (2015) ilə təltif olunub.
Qeyd edək ki, SSRİ-də hind filmləri fantastik dərəcədə populyar idi. Bu melodramalarda oynayan aktyorlarla canlı təmas hər bir sovet tamaşaçısı üçün böyük sürpriz, inanılmaz gerçəklik sayılırdı. Azərbaycanda da hind aktyorlarının başgiccələndirici şöhrəti, bəzən hətta əndazəni keçən sevgisi o zamanın ən isti xatirələrində yaşayır. Belə aktyorlardan biri də məşhur Amitabh Baççan idi. Onun baş rolda oynadığı filmlər xalq arasında hədsiz sevilirdi. “Qanun və intiqam”, “Şakti”, “Üç məngənə”, “Bağışla, Aruna”, “Üç qardaş”, Qığılcım” və daha neçə-neçə ekran əsəri azərbaycanlı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.
1986-cı ildə Azərbaycana gələn A.Baççanı Bakıda böyük fanat kütləsi qarşılayıb.
O zaman “Kino” qəzetinin baş redaktoru olmuş Mehdi Mükərrəmoğlu Modern.az-a o səfərin detalları ilə bağlı maraqlı məqamları danışıb: “1986-cı ildə Daşkənddə növbəti beynəlxalq kino festivalı keçirilirdi. O zaman qaydaya görə bu nüfuzlu festivalda nümayiş olunan filmlərdən bir neçəsi Bakıya gətirilərək nümayiş olunurdu. Amitabh Baççan da öz filmini təqdim etmək üçün Bakıya gəlmişdi”-deyə o xatırlayıb.
Bakıya oğlu Abişek və qızı Şveta ilə gələn A.Baççan çox isti və mehriban qarşılanıb. Məşhur aktyor Suraxanıdakı “Atəşgah”a da baş çəkib. “Bakıya səfərimdə “Atəşgah”a ziyarətimi yaxşı xatırlayıram. Məbəddəki divarlarda qədim hind dövrünə aid yazılar məni çox heyrətləndirmişdi. Azərbaycanda xalça sənətkarlığının yüksək səviyyəsinin şahidi oldum. Bakıda mənə bağışlanan zərif və gözəl xalçalar bu gün də evimi bəzəyir”-deyə Amitabh Baççan yazıb.
Amitabh Baççanı “Nizami” kinoteatrının qarşısında gördüyünü xatırlayan Mehdi Mükərrəmoğlu deyir ki, həmin vaxt Azərbaycana gələn nümayəndə heyətinin tərkibində daha bir neçə hind aktyoru da olub. Baççan bizim aktyorlarla – Leyla Bədirbəyli, Həsən Məmmədov və bir çoxları ilə görüşüb xeyli söhbət apardı. Amitabh Baççanın Bakıda olması xəbəri şəhərə ildırım sürəti ilə yayılıb. Onu görmək istəyən yüzlərlə gənc şəhərə axışıb. Lakin çox az bir qismə Baççanla şəxsən görüşüb avtoqraf almaq nəsib olub. Deyilənə görə, onlardan biri o zaman yeniyetmə qız olmuş Aygün Kazımova olub.


- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə