Frederik Frantsişek Şopen 1810-cu il fevralın 22-də (b. m. martın 1-də) Varşava yaxınlığında anadan olub. Musiqiçi ailəsində dünyaya gələn Şopen uşaqlıqdan musiqinin əhatəsində olub və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V.Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen, böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortepiano əsərlərini yazır. Bu zaman o, həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır.
Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaradıb.
Şopenin dostları və doğmaları əmin idilər ki, onu Polşanın hüdudlarından kənarda da müvəffəqiyyət gözləyir. Lakin fransız dili müəllimi olan atasının öz oğlunu xaricə səfərə göndərmək imkanı yox idi. Xoşbəxtlikdən, musiqiçinin pərəstişkarları arasında varlı və nüfuzlu adamlar tapılır.
Onların dəstəyi ilə Şopen dostu Tito Voytsexovski ilə birlikdə 1830-cu il noyabrın 1-də Varşavanı tərk edir. Gənc bəstəkar bir qab doğma Polşa torpağını özü ilə aparır. Şöhrət qazanıb evə dönmək arzusunda olan Şopen hələ bilmir ki, bu arzusu ürəyində qalacaq.
Polşada artıq çoxdan yetişməkdə olan milli-azadlıq hərəkatı 1830-cu ildə açıq üsyan şəkli alır. Qiyamçılar arasında Şopenin çoxlu dostları vardı. Atası da onlara rəğbət bəsləyib. Odur ki, gənc bəstəkar vətənə dönməyə can atır. Lakin Tito Voytsexovski onu öz gələcəyini təhlükəyə atmaq fikrindən daşındırır. Bəstəkarın doğmaları da eyni fikirdə olurlar.
Qeyri-müəyyən vəziyyət və yaxınlarının taleyindən nigarançılıq uzun aylar çəkir. Bəstəkar bu hisslərə o dərəcədə qapılır ki, yaradıcılıqla məşğul olmağa qüvvəsi qalmır. Şopen Vyanada yaşadığı 8 ay ərzində bircə not sətri də yazmır.
Varşavada üsyanın yatırılması xəbəri musiqiçini Almaniyada yaxalayır. Şopen sarsılır, başa düşür ki, daha Polşaya qayıda bilməyəcək. Bundan sonra o, doğma Polşaya olan bütün məhəbbətini musiqisində yaşadır.
Şopen 1831-ci ildə Parisə köçür və Avropanın ən böyük mədəniyyət xadimləri ilə dostlaşır. Yazıçı Balzak, şairlər Henri Heyne və Adam Mitskeviç, bəstəkar Feliks Mendelson, rəssam Ejen Delakrua onun tanışları və dostları arasındadır. Şopen virtuoz pianoçu kimi şöhrət qazanır, çoxlu konsert verir. Lakin gərgin konsert fəaliyyətinə baxmayaraq, çətinliklə dolanır. Maddi durumunu düzəltmək üçün dərs deməyə başlayır, eyni zamanda macal tapıb musiqi bəstələyir.
Ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu il okyabrın 17-də dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.
Polşanın hitlerçilər tərəfindən işğalı zamanı Varşavada Şopenin abidəsi dağıdılır, faşistlər onun musiqisinin ifa olunmasına ciddi qadağa qoyurlar. Həmin dəhşətli günlərdə bəstəkarın məzarı da təhlükəyə məruz qalır. Polşa vətənpərvərləri həyatlarını təhlükəyə qoyaraq, Şopenin ürəyini kilsədən çıxarıb müharibənin sonunadək etibarlı yerdə gizlədirlər. 1945-ci il oktyabr ayının 17-də şairin ürəyi təntənəli şəkildə əvvəlki yerinə qaytarılır.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə