XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
ÜMÜMİ XƏBƏRLƏR
28/07/2025 14:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsi ilə birlikdə rayon ərazisində yerləşən Mərkəzi Parkda “Oxu, öyrən, qazan” adlı layihə həyata keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi mütaliənin təbliği, uşaqlarda mütaliə-bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, gənc nəsildə intellekt səviyyəsinin yüksəldilməsi olub.

Layihə çərçivəsində kitabxananın əməkdaşları tərəfindən paytaxt sakinlərinə mütaliə mədəniyyətinə, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair məlumat verilib, kitabxanaya yazılmaq arzusunda olan kitabsevərlərə səyyar xidmət göstərilib.

“Oxu, öyrən, qazan” layihəsi çərçivəsində oxuculara kitabxananın fonduna yeni daxil olan nəşrlər sərgilənib və onlar haqqında məlumat verilib.

 

Baxış sayı: 106