XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/08/2025 12:32

Avqustun 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili Bakı” layihəsi çərçivəsində Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələrinin konserti keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə rəsmilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyası tələbələri konsertdə bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər. Onların ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

 

 

Baxış sayı: 51