XƏBƏRLƏR
MƏLUMAT
“Əbədiyyət zirvəsinin fatehləri” rubrikasında Sahib Musayev
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2023 00:47

Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı olan Sahib Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sahib Musayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Musayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Baxış sayı: 147