XƏBƏRLƏR
MƏLUMAT
“Əbədiyyət zirvəsinin fatehləri” rubrikasında Kənan Quliyev
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2023 03:34

Kənan Quliyev 1992-ci il sentyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirib.

Məktəbi bitirdikdən sonra 2010-cu il oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb və 2012-ci il aprel ayında hərbi xidmətini başa vurub. Daha sonra isə 4 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətini davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Kənan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək iştirak edib. Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Culfa şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şuşa şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Baxış sayı: 240