XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Sabir Əbdürrəhmanlı
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2022 01:40

Sabir Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra "Vətən uğrunda", 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə",  2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 221