XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Aprel döyüşləri zamanı şəhid olan leytenant Qabil Orucəliyev xatırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2021 01:03

Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli olub, şəhid olmağından 4 gün əvvəl, 29 mart tarixində  oğul övladı dünyaya gəlib. Oğluna atasının adı qoyulub, (Qabil Qabil oğlu Orucəliyev).

Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Baxış sayı: 883