Tarixdə ilk dəfə mütəşəkkil ordular yaradılıb müharibələr baş verəndə belə, sərkərdələr anlayırdılar ki, savaşa girən döyüşçünün ruhuna qeyri-adi, kənar bir dəstək lazımdır. Bu nə ola bilər? Ölüm-dirim mübarizəsində qılınc tutub-küşk çalan cəngavərə kənardan necə ruh vermək olar? Yəqin ki, bu cavabın tapılması əsrlərin təcrübəsindən sonra mümkün olub: Musiqi… Daha doğrusu, döyüş musiqisi…
Ta qədimdən indiyədək bərqərar olan bütün ordularda müxtəlif növ musiqi alətlərindən istifadə olunub. Bunlardan ən qədimi isə təbil-daha çox, baraban kimi tanıdığımız zərb musiqi alətidir. Qədim Mesapotomiya ərazisində aparılmış qazıntılar zamanı bizim eradan əvvəl 6-cı minilliyə aid silindirəbənzər musiqi alətinin qalıqları aşkarlanıb. Eləcə də, Yer kürəsinin, demək olar ki, hər tərəfində aparılan arxeoloji qazıntılar zamanı buna oxşar müsiqi alətlərinin qalıqlarına rast gəlinib. Hamısı da bizim eradan əvvəlki minilliklərə aiddir. Qazıntılardan tapılan bu musiqi alətlərinin adı məlum olmasa da, bütün dünya tərəfindən qəbul edilən, mənşəcə türk sözü olan “baraban” kimi adlandırılıb.
İlk hərbi orkestr…
Dünya ordularında ilk hərbi orkestrin yaradılması faktı türklərə məxsusdur. 14-19-cu əsrlərdə Osmanlı Ordusunun əsas hissəsi hesab edilən Yeniçəri (Avropa xalqlarının müsəlmanlaşdırılmış uşaqlarından ibarət yeni döyüşçü) qoşunu yaradıldıqdan sonra, 1362-ci ildə onun tərkibində zurna, boru, gərənay, davul, nağara, təbil və zınqırovlu qaval kimi musiqi alətlərindən ibarət hərbi orkestr yaradılır. Hərbi Orkestr dövlət əhəmiyyətli statusa malik idi və həmişə Sultanın yanında olur, rəsmi dövlət tədbirlərində, təntənəli mərasimlərdə iştirak edib. Bununla da dünyada hərbi orkestr mədəniyyətinin təməli qoyulur və bu xidmət növü bütün dünya ordularında tətbiq edilməyə başlayır. Artıq 18-ci əsrdə hərbi orkestrlərdə fleyta, klarnet, horn, truba, valtorna və litavra adlandırılan böyük barabanlardan istifadə edilməyə başlanıb. Döyüş musiqilərinin mənşəyi… Hərb musiqisi əsrlər boyu döyüşlərdə düşməni qorxutmaq və ya döyüşçüləri ruhlandırmaq üçün istifadə olunub. Bununla yanaşı, hər bir dövlətin ordu idarəçiliyi, ordu sıralarının nizam-intizama alışdırılması, intizam tədrisi, əsgərlərin və zabitlərin hərbi və estetik tərbiyəsi, ən nəhayət, insanların vətənpərvərlik tərbiyəsinə xidmət edən musiqidir.
Hərb musiqisinin əsas janrı marşdır (sıra, görüş, yürüş marşları və s.). Marş Qərb musiqi termini kimi Şərq ölkələrinin musiqi terminologiyası lüğətlərinə də nüfuz edib. “Marş” sözü demək olar ki, bütün Avropa xalqlarının dilində eynidir, musiqidə fransızca “marche” [marş] (yürüş) və italyanca “Marcia” [marça] (irəliyə hərəkətlə addımlamaq) sözlərinə əsaslanaraq, ümumi qəbul olunmuş termindir. Bir musiqi janrı kimi, marş ilk öncə, instrumental musiqidə orduda döyüşçü sıralarının hərəkəti, təntənə və zəfər yürüşlərini nizamlamaq zərurətindən əmələ gəlib. Bu musiqi termini öz kökünü hansı sözdən götürür? Cavab çox sadədir: Mars planeti. Marş sözü qədimdən bəri astronomik inanclarla sıx bağlıdır. Marş sözünün kökü Mars planetinin adından qaynaqlanır. Çünki Mars əzəldən Döyüş İlahı, Döyüşçü Kişini təcəssüm etdirir. Qədim Romanın əsas Allahlarından biri Mars idi, sonradan, qədim yunan mifologiyasına Ares adı ilə nüfuz edib. Roma təqviminin 1-ci ayında Qışın qovulması mərasimlərinin keçirilməsi sonradan Mart ayının adının meydana çıxmasına səbəb olub. Azərbaycan döyüş musiqisi… Azərbaycan hərb mədəniyyətində də hərbi musiqinin özünün müstəsna yaranma tarixi və inkişaf mərhələsi var. Ən azından “Cəngi” və başqa bu kimi mahnıları misal göstərmək mümkündür. Cəngi! Azərbaycan musiqi mədəniyyətində xüsusi çəkiyə və əhəmiyyətə malik bu musiqi Mars məbədində kahinlərin oynadığı rəqsdirmi? Pəhləvanların “Cəngi” sədaları altında əllərində tutduqları Səng həmin qədim əsatirlərdəki qalxanlardırmı?
Azərbaycan dilində “Cəngi” rəqsinin adının mənşəyi bu günə qədər yerli dilçi mütəxəssislər tərəfindən tam açıqlanmasa da, bir çox musiqi nəzəriyyəçilərimiz tərəfindən müxtəlif fikirlər yürüdülüb. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə “Cəngi” qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri (Qeyd: rəqs yox,əsər!) kimi ifadə olunur. “Cəngi” pəhləvanlar yarışında da (pəhləvani), cıdır yarışlarında da çalınır və bir qayda olaraq, zurnaçılar dəstəsi tərəfindən ifa olunur.” Zemfira Səfərova da S.Urməvi, Ə.Marağayi və M.M.Nəvvabın risalələri əsasında tərtib etdiyi "Qədim Azərbaycan musiqi terminləri lüğəti"ndə də Əfrasiyab Bədəlbəylə həmfikir olduğunu qeyd edir. Abbasqulu Nəcəfzadə isə özünün daha çox şəxsi nəzəriyyəsinin yer aldığı "Çalğı alətlərimiz" adlı kitabında "Cəng" sözünün dilimizə fars dilindən keçməsi və "vuruş, döyüş, dava" mənalarını verdiyini vurğulayır. Özü də bu sözü həm də yataq sazlar ailəsindən olan cəng alətinə də aid edir. Halbuki, həmin Cəng adının kökü qədim Türk dilində, türk ləhcələrində və Çin dilində tamam başqa cür izah olunur. Onu da qeyd etmək yerinə düşər ki, cəng musiqi alətinin Çində də prototipi var və onun adı [zhēng] / [c(j)ıanq], tələffüzlə bərabər, alətin forması və quruluşu ilə demək olar ki, eynidir.
XIX əsrdə yaşamış Avropa filoloqu və şərqşünası Maks Müller türk və Qafqaz dillərini aid etdiyi "Turan dillər ailəsi" nəzəriyyəsini irəli sürub və Çin dilini bu ailəyə aid edib. Deməli, Azərbaycan dili həm Türk, həm də Qafqaz dillər qrupuna daxil olmaqla yanaşı, Çin dili ilə də ortaq nöqtələrə malikdir. Çin musiqisində [Zhàngē] / [c(j)ənqı] kimi bilinən bu musiqi termini eynilə hərbi ruhlu musiqi əsərlərini, hərbi marş və əxlaqi-tərbiyəvi, vətənpərvər döyüş mahnılarını təcəssüm etdirir. Çin dilində bu söz iki müstəqil sözün birləşməsindən əmələ gəlib. Birinci söz-[zhàn] ,yəni [cən] Çin dilində əvvəllər ov, ovçuluq bildirsə də, sonradan döyüş, savaş mənası daşımağa başlayıb. İkinci söz [ge]/[qı] olub, iki mənada işlənir: 1) isim-mahnı,nəğmə 2) fel-mahnı oxumaq. Söz ilkin olaraq, eləcə, mahnı oxumaq mənasını daşıyırdı. Cənginin kökündə duran [zhàn] "Cən" sözünə "Döyüşən dövlətlərin strategiyası" [zhàn guó cè]/ [cən quo tsı]) adlı qədim Çin mətnlərində rast gəlinir. Həmin mətnlər "Döyüşən dövlətlər dövrü"ndə e.ə. V-III əsrləri əhatə edir. Bu isə o deməkdir ki, qədim Azərbaycan musiqisi olan “Cəngi”nin tarixi bizim eradan çox-çox əvvələ təsadüf edir. Azərbaycan Ordusunda hərbi orkestr 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin silahlı qüvvələri həmin ilin sentyabrın 15-də Bakını erməni daşnaklarından təmizləyir və 1919-cu ildə Bakıda Cümhuriyyət Ordusunun ilk hərbi paradı keçirilir.
Həmin paradda təntənəli keçidi təkmilləşdirilmiş və modern milli hərbi orkestr müşayiət edir. Cəmi bir il sonra Azərbaycanı işğal edən Sovet hökumətinin bərqərar olduğu illərdə milli hərbi orkestr sıradan çıxarılır. 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin yaradılmasına qərar verilir.21 il Sovet Hərbi Donanmasının müxtəlif birləşmələrində hərbi orkestr rəisi və drijor kimi xidmət edən polkovnik-leytenant Yusif Axundzadə 1992-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi təyin edilir. Cəmi üç aydan sonra - 1992-ci ilin oktyabr ayının 9-da “Azadlıq” meydanında Müstəqi Azərbaycanın Milli Ordusunun ilk hərbi paradında hərbi orkestr bu təntənəli keçidi layiqincə müşayiət edə bilir.
Yeni yaradılmasına baxmayaraq, Əlahiddə Nümunəvi Orkestr Azərbaycana gələn xarici ölkə rəhbərlərinin dəfələrlə diqqətini cəlb edir, ali qonaqlar öz ölkələrinin himnlərini yüksək səviyyədə ifa etdiyinə görə, bu kollektivə minnətdarlıq edirlər. Hətta bir dəfə Amerika Birləşmiş Ştatlarının səfirliyində keçirilən tədbirdə Azərbaycan Əlahiddə Nümunəvi Orkestri ABŞ-ın Dövlət Himnini ifa edir. Uzun illərdən sonra Azərbaycana yenidən səfərə gələn Amerika ordusunun zabiti, kapitan D. Braund Amerikanın dövlət himinin səsyazmasını özü ilə Bakıya gətirir və Yusif Axundzadəyə təqdim edib deyir: “Sizin orkestr ABŞ-ın dövlət himnini daha möhtəşəm ifa edir, nəinki bizim hərbi orkestr”. Nizam-intizamda hərbi musiqinin rolu Ömrünün 49 ilini ordu sıralarında xidmətdə keçirmiş general-mayor, Xalq artisti, professor Yusif Axundzadə deyir ki, hərbi orkestrlər təkcə orduda hərbi musiqiləri ifa etmək üçün deyil. Bu xidmət həm də orduda nizam-intizamın, təlim-tədrisin mütəşəkkiliyini təmin etmək üçün vacibdir. Hərbi Orkestrin konsertinə maraq… Əlahiddə Nümunəvi Orkestrin kollektivi ölkənin bir çox mədəniyyət-incəsənət ocaqlarında dəfələrlə konsert proqramı ilə çıxış edib. Həmişə də kollektivin çıxışları tamaşaçılar tərəfindən çox yüksək qiymətləndirilib. Hərbi Orkestrin kollektivi arasında fəxri ada və ali mükafatlara layiq görülmüş xeyli sayda incəsənət adamı var. Hərbi orkestrin estrada janrındakı mahnıları həmişə tamaşaçılar və dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.
Kollektivin dünyanın müxtəlif ordularındakı həmkarları ilə əlaqələri də ən yüksək səviyyədədir. İndi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri demək olar ki, bütün dünyada çox yaxşı tanınır. Bununla yanaşı, bu kollektiv MDB məkanında yeganə hərbi orkestrdir ki, ona general rütbəli şəxs rəhbərlik edir.
Həm general, həm pedaqoq, həm də professor
Qısa məlumat: General-mayor, xalq artisti, professor Yusif Axundzadə 1946-cı ildə anadan olub. Bülbül adına orta-ixtisas musiqi məktəbini, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (İndiki Musiqi Akademiyası) bitirib. 1970-ci ildə hərbi xidmətə çağırılır. Xəzər Hərbi Dəniz Donanmasının tərkibində mahnı və rəqs ansambılında musiqiçi-matros kimi xidmətə başlayır. Hərbi xidmətini başa vurmağa az müddət qalmış Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral G.F. Stepanov tərəfindən orkestr rəisi vəzifəsini qəbul etmək təklifi alır və razılaşır. 1971-ci ilin iyun ayında SSRİ Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi alır. Müxtəlif illərdə bir çox mükafata layiq görülür. 1988-ci ilə “Əməkdar İncəsənət xadimi”, 1998-ci ildə “Xalq artisti” fəxri adı alır. 2005-ci ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir, 2015-ci ildə isə Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə general-mayor hərbi rütbəsi alır. 1995-ci ildən Bakı Musiqi Akademiyasının dosenti, 1999-cu ildə isə professor elmi rütbəsinə yüksəlib. Teymur Zahidoğlu Xüsusi olaraq Ordu.az üçün






- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə