XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Təranə Muradovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/08/2021 01:31

Təranə Hüseyn qızı Muradova 6 avqust 1965-ci ildə Bakıda anadan olub.

1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Təranə Muradova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif işi fakültəsini bitirib.

1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən isə həm də ansamblın balet meysteridir.

Azərbaycan xalq rəqsləri ("Naz eləmə", "Qavalla rəqs", "Vağzalı", "Mirzəyi"), ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Ə.Bədəlbəylinin "Qız qalası" baletində gürcü qızının partiyasını oynayıb. "Səyyah" uşaq rəqs ansamblının bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə çıxış edib.

1982-ci ildən  Azərbaycan Dövlət Rəqs ansamblında ilk əvvəllər rəqqasə, daha sonra ansamblın solisti və ansamblın balet meysteri vəzifəsi ona həvalə olunub.

Xalq rəqslərinin ustası kimi Avstriyada təcrübə sinifləri aparıb.

1998-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Baxış sayı: 842