Fidan Hacıağa qızı Hacıyeva 7 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bülbül adına Orta İxtisas Musiq Məktəbinin fortepiano sinfinə daxil olub. Orada təhsilini bitirdikdən sonra, 1994-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professional təhsil alan vokalist, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.
Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir.
Corc Bizenin “Karmen” operasında Karmen roluna görə “Ən gənc Karmen” adına layiq görülüb.
Cüzeppe Verdinin “Aida” operasında - Amneris , “Trubadur” operasında- Azuçena, “Riqolleto” operasında - Maddalena, “Traviata” operasında - Flora, Cakoma Rossinin “Sevilya bərbəri” operasında - Rozini, Maskeninin “La Prinçipessa” , Üzeyir Hacıbəylinin “Koroğlu” operasında - xanəndə qız, “Arşın mal alan” operettasında - Asiya, Fikrət Əmirovun “Sevil” operasında - Gülüş partiyalarını yüksək peşəkarlıqla ifa edir.
2000-ci ildə Fidan Hacıyeva Türkiyədə “TÜRKSOY”un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edib. Elə həmin il ifaçı Türkiyə Cümhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalayıb, Milli Opera və Balet Teatrında çalışaraq, Mersin, İstanbul, İzmir, Ankara teatrının səhnəsində “Karmen” obrazını yaradıb.
2010-cu ildə dünya şöhrətli mezzo-soprano Bruna Buglioninin yanında vokal təhsilini davam etdirib.
Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın “Kidjiano” Akademiyasında keçirilənBeynəlxalq müsabiqəyə dəvət edirlər. Müğənni həmin müsabiqədə iştirak edərək qalib olur. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyib.
Fidan Hacıyeva vətənə qayıdır və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnir.
Sənətçinin 2003-cü ildə “Jealousy and love” (“Məhəbbət və qısqanclıq”) adlı ilk albomu işıq üzü görüb.
2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olan sənətçiAzərbaycanın müxtəlif cəbhə bölgələrində əsgərlərimiz üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramında çıxış edib.
Fidan Hacıyevanın 2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən Beynəlxalq sərgidə iştirak edərək, mahnılarımızı təqdim etməklə yanaşı, yapon dilində də mahnılar ifa edib.
2006-cı ildə opera müğənnisi “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.
Fidan Hacıyeva 2006-cı ildə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında konsertlər verib. 2008-ci ildə Kiyev şəhərində Azərbaycan və Ukrayna Mədəniyyət nazirliklərinin birgə keçirdikləri konsertdəUkraynanın Xalq artisti Aleksandr Buretzlə səhnəni paylaşıb.
2011-ci il iyun ayının 25-də İtalianın Montejiore Konka şəhərində keçirilən yay festivalı çərçivəsində Fidan Hacıyevanın iştirakı ilə Giacomo Puccininin “Suor Angelica” operası səhnələşdirilib. Bundan başqa opera müğənnisi Türkiyənin Samsun şəhərində bir daha “Karmen” operası ilə çıxış edib.
Fidan Hacıyeva 2011-ci ilin iyun ayında Bakıda fransız tenoru Jean-Francis Monvoisinlə birgə konsert proqramı təşkil edib.
İlk dəfə Azərbaycanın mədəniyyət günləri çərçivəsində İtaliyada: Turin, Venesiya, Milanda Cüzeppe Verdinin Konservatoriyasında çıxış edib.
Məşhur italyan dirijoru və pianoçusu Stefano Miceli 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrda təşkil edilmiş “Gran Gala” konsertinə həmyerlimizi dəvət edib.
Festivalının təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif ediblər.
Fidan Hacıyeva Heydər Əliyev adına sarayda “Sevgili Canan”, “Bir bahar axşamı” adlı solo konsertləri ilə çıxış edib.
2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Xalq artisti” adına layiq görülüb.
2015-ci ildə Fidan Hacıyevaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsi verilib.
2015-ci ildə dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında ilk dəfə Gülçöhrə obrazını canlandıraraq, yüksək peşəkarlıq qabiliyyəti, dərin bacarığı ilə bu obraza yeni nəfəs gətirib.
2016- cı ildə isə öz adını daşıyan, illərdir gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti Fidan Hacıyeva 2016-cı il 20 dekabr tarixində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə Minskdə 7-ci beynəlxalq dünya forumunda iştirak edib. Akademik Opera və Balet Teatrı və Belarus Milli Akademik Böyük Opera Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış müqavilə çərçivəsində 2017-ci il aprelin 20-də Fidan Hacıyeva Minskdə Jorj Bizenin “Karmen” operasının tamaşasında baş rolu canlandırıb.
Fidan Hacıyeva 2003-cü ildə Filip Naylorla ailə qurub. Bu nigahdan onların 2 oğlu, 1 qızı var.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə