Məşhur maarifçi, ictimai-siyasi xadim, türkoloq Məhəmməd ağa Mustafa ağa oğlu Vəkilov 24 avqust 1862-ci ildə Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində doğulub. Bəzən adı "Məhəmməd ağa" şəklində də yazılır. Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov (1833-1883), anası Fatma xanımdır. Mustafa ağa Krım müharibəsi zamanı Qafqaz cəbhəsində gedən döyüşlərdə Qazax bəy sotnyasının (yüzlük) sıralarında hərbi əməliyyatlarda iştirak edib, döyüşlərdə fərqləndiyinə görə, ordu komandanlığı tərəfindən gümüş temlyak gəzdirmək hüququnda yunker rütbəsinə layiq görülüb.
Məmməd ağa Vəkilov Qori Seminariyasını bitirib (1883), Kutaisi quberniyasında kənd müəllimi, sonra Kutaisi hərbi qubernatorluğu hərbi-xalq idarəsində dövlət müşaviri rütbəsində yazı tərcüməçisi işləyib.
Sonra xidməti vəzifəsi Tiflisə dəyişdirilib, 1905-ci ildən Qafqaz canişini Vorontsov-Daşkovun dəftərxanasında, hərbi-xalq işləri idarəsində, 1913-cü ildən Xüsusi şöbədə çalışıb. Bu illərdə Tiflisin mədəni və ictimai həyatında yaxından iştirak edib, şəhərin türk əhalisi arasında hörmətli şəxslərdən biri olub. Ən yaxın dostları sırasında Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli kimi ziyalılar vardı.
Xalqının maariflənməsi yolunda var qüvvəsi ilə çalışan Məmməd ağa XX yüzilin əvvəllərində Tiflisdə hər dildə bir neçə qəzet çıxdığı halda, Qafqazın etnik spektrində çoxluq təşkil edən Azərbaycan türklərinin dilində bircə qəzet ("Şərqi-rus") çıxmasından narahat olduğundan, təşəbbüs göstərərək 1905-ci ilin iyununda türkcə "İqbal" qəzeti nəşr etmək arzusu ilə canişin dəftərxanasına rəsmi ərizə ilə müraciət edir. Həmin komitənin sədri Qakkel iyunun 20-də Vəkilovun ərizəsinə rədd cavabı verir.
Onun yaxın dostu Cəlil Məmmədquluzadə də bu vaxt "Novruz" adlı qəzet buraxmaq üçün ərizə verib. Qanunun tələb etdiyi təhsil senzinə malik olan hər iki şəxs rədd cavabı alsalar da, geri çəkilmirlər. Maraqlıdır ki, hər iki qəzetin hökumətə təqdim edilən proqramları eyni olub.
Ruhdan düşməyən dostlar taktikanı dəyişirlər. C.Məmmədquluzadə avqustun 13-də Qafqaz canişininə ərizə ilə müraciət edərək "Novruz" qəzetinin nəşri barədə onu verilən hüquqdan Məmməd ağa Mustafa ağa oğlu Vəkilovun xeyrinə əl çəkdiyini bəyan edir. Üç gün sonra – avqustun 16-da Vəkilov icazənamə alır. Həmin ilin oktyabrında Vəkilov "İqbal"ı çıxarmaq üçün hökumətdən "Novruz"un hesabına aldığı hüququ Cəlil Məmmədquluzadəyə qaytarır. Lakin sonra Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalını çıxarmaq qərarına gəldiyindən bu niyyət gerçəkləşməmiş qalır.
Məmməd ağa 1906-cı il fevralın 20-də Tiflisdə sərdar Vorontsov-Daşkovun təşəbbüsü ilə Yaşıl zal adlı Hümayun salonunda başlanan erməni-müsəlman danışıqlarında Əhməd bəy Ağayev, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, doktor Qara bəy Qarabəyov, podpolkovnik İbrahim ağa Vəkilov, Ələkbər bəy Xasməmmədov, Adil xan Ziyadxanov və s. şəxslərlə bərabər Qafqazın türk əhalisini təmsil edib.
Məmməd ağa Vəkilov 1912-ci ildən Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti idarə heyətinin sədri idi.
Birinci Dünya Müharibəsi ərəfəsində zabit hazırlığı məktəbində Osmanlı türkcəsindən dərs deyib, hətta 1914-cü ildə həmin məktəbin müəllimi general-mayor M.D.Qutorla birlikdə 68 səhifəlik "Türk dilinin qısa qrammatikası" (Osmanlı türkcəsinin – İ.U.) kitabını nəşr etdirib. Çar Nikolayın 1915-ci ildə Qafqaza səfəri əsnasında Tiflisdə Sərdar Sarayında onun şərəfinə verilən ziyafətdə Qafqaz müsəlmanları adından "salam" nitqi söyləməyin ona etibar olunması Məmməd ağanın hökumət yanında böyük etimad sahibi olmasından xəbər verirdi.
Millətpərvər ziyalılar dəstəsinə mənsub olan Məmməd ağa Vəkilov Azərbaycanın istiqlalı ideyasına rəğbətlə yanaşıb, millətin taleyində həlledici rol oynayan həmin dramatik hadisələrə kənardan durub baxmayıb.
Məmməd ağanın həyatı 1918-ci ildən sonra Bakı ilə bağlı olub, burada demokratik cümhuriyyət süqut edən günədək parlament dəftərxanasının rəisi vəzifəsində çalışıb, yeni dövlət quruculuğunda qüvvəsini əsirgəməyib.
Sovetləşmədən sonra bir müddət Darülmüəllimatda (Qızlar Seminariyası) türk dilindən dərs deyib, lakin sonra təqaüdə çıxıb, heç bir yerdə işləməyib.
Məmməd ağa Vəkilov ictimai, siyasi və pedaqoji fəaliyyəti ilə yanaşı Azərbaycan lüğətçiliyinə də böyük töhfə verib, bu vacib iş üzərində bütün ömrü boyu çalışıb. Hazırladığı materialları 30-cu illərin sonlarında SSRİ EA Azərbaycan Filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru Heydər Hüseynova təqdim edib, zəhmətinin qonorarını alıb. Lakin 1940-46-cı illərdə Heydər Hüseynovun redaktorluğu altında çapdan çıxan rusca-azərbaycanca lüğətlərdə tərtibçilərdən biri kimi Məmməd ağa Vəkilovun adına rast gəlinmir. Görünür, o səbəbdən ki, Məmməd ağa Vəkilov demokratik cümhuriyyət dönəmində parlament dəftərxanasının rəisi olub, oğlu Mustafa "xalq düşməni" kimi məhkum edilərək sürgünə göndərilib.
Məmməd ağa Vəkilov öz həmkəndlisi Mədinə xanım Əmiraslan ağa qızı Şıxlinskaya ilə (general Əli ağa Şıxlinskinin əmisi qızı) 1898-ci ildə Tiflisdə evləniblər. Yeganə oğluna atası Mustafa ağanın adını qoyub. Mustafa ağa Vəkilov ADR hökumətinin Avropaya göndərdiyi 100 tələbədən biri idi. Parisdə Sorbonna Universitetinin hüquq fakültəsini bitirib 1924-cü ildə Bakıya qayıdıb. Azərbaycanda ilk hüquq professoru kimi tarixə düşüb. 1938-ci ildə repressiya olunub, şimaldahəbs düşərgəsində həyatını itirib.
Məmməd ağa Vəkilov 1941-ci ilin əvvəllərində vəfat edib, Dağüstü qəbiristanlıqda qohumların yanında dəfn edilib. Lakin başdaşı qoyulmadığından bu böyük insanın məzarının yeri itib.
Mədinə xanım isə müharibədən sonrakı illərdə Bakıda vəfat edib.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə