XƏBƏRLƏR
MƏLUMAT
Bu gün müğənni Xeyransa Məmmədovanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2022 01:25

Məşhur Azərbaycan müğənnisi Xeyransa Məmmədova 1966-cı il noyabrın 26-da Bakıda anadan olub. 232 nömrəli orta məktəbdə oxuyub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik sinfində təhsil alıb.

1977-ci ildə “Vətən” instrumental ansamblına qoşulub, ardınca “Oxu tar” müsabiqəsinə qatılaraq uğur qazanıb. 1980-ci ildə böyük səhnəyə çıxıb. Onun ifasında Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, “Ana Kür”, Emin Sabitoğlunun “Azərbaycan, “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbül” mahnıları populyarlıq qazanıb. Moskva, Kiyev, Xarkov, İrəvan və Tiflis şəhərlərində də konsert proqramları ilə çıxış edib.

Xeyransa Məmmədova 1995-ci il iyunun 2-də övlad dünyaya gətirən zaman vəfat edib və Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Baxış sayı: 480