Əkbər Müzəffər oğlu Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-teatr və kino” fakultəsinin aktyorluq ixtisasına yiyələnib. 2000-ci ildə həmin Universitetin “Teatrşünaslıq” ixtisası üzrə magistr pilləsini bitirib.
1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına balet artisti vəzifəsinə işə qəbul olunub. Bu müddət ərzində Fərəc Qarayev, Eduardo De Filippo “Filumena Marturano”, Oktay Kazımi, Ramiz Heydər “Qızıl toy”, Soltan Hacıbəyov, Məhərrəm Əlizadə “Qızılgül”, Emin Sabitoğlu, Cahangir Məmmədov “On min dollarlıq keyf”, Emin Sabitoğlu, Vladimir Kalmanovski “Odnajdı v Baqdade”, İmre Kalman “Tsıqan premier”, İmre Kalman “Silva” və s. kimi tamaşalara qurulan rəqslərdə oynayıb.
1998-ci ildə təyinatla aktyorluq vəzifəsinə keçirilib. İşlədiyi müddət ərzində Ramiz Mustafayev, Cavanşir Məmmədov “Məsmə xala dayımdır”da Elgün, İmre Kalman “Tsıqan premier”də Muştard, Frans Leqar “Vesyolaya vdova”da Sen De Brioş, Qara Qarayev “Neistovıy Qaskonets”də Qasqoniyalı, Üzeyir Hacıbəyli “O olmasın, bu olsun”da hamamçı, sonralar İntiliget Həsən, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin “Bir günlük siğə”də Xəlil, Emin Sabioğlu, Tamara Vəliyeva “Bankir adaxlı”da Balakişi, Vasif Adıgözəlov, Anar “Aldın payını, çağır dayını”da Tərgəldi, Oktay Rəcəbov, Akşin Babayev “Əlin cibində olsun”da Xankişi, Ramiz Əkbər “Bəydullanın möhtəşəm toyu”nda tamada, Cavanşir Quliyev, Əli Əmirli “İtgin ər”də Zəkə, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Süleyman, Ramiz Mirişli, Marat Haqverdiyev "Amerikalı kürəkən”də Cəlil, Ramiz Mirişli, Marat Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Rza, Üzeyir Hacıbəyli "Ər və arvad”da Səfi, S. Kərimi, Ə. Ol "Kimyagər”də Molla Həmid rollarını ifa edib.
1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu oynayıb. 1994-cü ildən 2000-ci ilə qədər Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrında aktyor kimi Jan Botist Molyerin "Skapenin kələkləri” - Leondr, Cəlil Məmmədquluzadənin "Məkkəyə yol” - Zəvvar, Vilyam Şekspirin "Otello” - Lodoviko, Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan” - Mister Fok, "Dəvriş Məstəli şah”da - Qulaməli, "Lənkəran xanın vəziri”ndə Ərizəçi obrazlarında çıxış edib.
1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə "Space” kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə "Azəristar” müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən "Planet parni iz Baku" ŞHK teatrının aktyoru və aparıcısıdır. 2008-ci ildə "Xəzər” TV-də "Gülüş ulduzu" müsabiqəsinin və "Komediya səhnəsi" verilişinin aparıcısı olub. 2011-ci ilin yanvar ayından "Space" TV-nin "Hər səhər" proqramının aparıcısıdır. Eyni zamanda "Xəzər" televiziyasinin istehsal etdiyi "Qaynana" teleserialına çəkilib.
Habelə "Mənim ömür nəğmələrim” (2003) “Boz köynəkli”, "Yumurta” (2003) Şamil, "Mükafat” (2004) Gitar, "Kişiləri qoruyun” (2006), “Orxanın dostu” və s. film və seriallarda maraqlı obrazlar yaradıb. Əkbər Əlizadə hazırda Azad Azərbaycan Televiziyasında da aparıcı kimi fəaliyyət göstərir.
Ə.Əlizadə 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib