
1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində dünyaya gələn Mirzə Ağabəyli 1971-75-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunda SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. 1975-ci ildə təyinatla S.Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində "Tədris" teatrında aktyor vəzifəsində işləyib. Yaradıcılığa isə məktəb illərində dram dərnəyində, sonralar isə Xalq teatrında başlayıb.
1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. Teatrda yaratdığı irili-xırdalı obrazlarla hər zaman tamaşaçı rəğbəti qazanıb. Mirzə müəllimin obrazlar qalereyası çox zəngindir, burada klassik dramaturgiya nümunələrinə, müasir əsərlərə də rast gəlmək olar. Həm düşündürməyi, həm də güldürməyi bacaran aktyor kiçik mizanlarla və təbiətindən irəli gələn sadəliklə obrazın daxili aləmini tamaşaçıya elə çatdırır ki, istər-istəməz qəhrəmanın səhnədə və ya zalda olmasını unudursan, obraza məkan və zaman prizmasından yanaşanda, onun gündəmin bir parçası olduğunu anlayırsan.
Bu fikri aktyorun kino qəhrəmanlarına da şamil etmək olar, televiziya tamaşalarında izlədiyimiz rollara da. Onlar bəzən həcmcə kiçik olsalar da, özləri ilə böyük bir yük götürüb yaddaşlarda qalır: “Adı sənin, dadı mənim”, “Bir ovuc torpaq”, “Biz qayıdacağıq”, “Bomba”, “Evləri köndələn yar”, “Ərazi”, “Fədakar”, “Kommersiya”, “Küçələrə su səpmişəm”, “Qəzəlxan”, “Qızlar”, “Mənim günahım”, “Moskva-Bakı qatarı”, “Ovsunçu”, “Ölüm növbəsi”, “Səhərə inan”, “Sonuncu dərviş”, “Sübhün səfiri”, “Ünvansız eşq”, “Yollar görüşəndə”, “Yük”, “Qardaşımdan yaxşısı yox idi”…
Aktyor müsahibələrinin birində deyib ki, “Mənə sənətdə ilk əlifbanı öyrədən Mehdi Məmmədov olub, kinoda isə Şahmar Ələkbərov. 40 yaşında ilk dəfə Şahmar Ələkbərov məni kinoya dəvət etdi. Dedi ki, Əliağa Vahidin həyatından film çəkirik, bütün aktyorlar tapılıb, Əliağa Vahidin yaxın dostu olan Ağahüseyn roluna aktyor tapa bilmirik. Beləliklə, ilk dəfə “Qəzlxan” filminə çəkildim”. Mirzə Ağabəyli yaradıcılığının kino mərhələsi belə başlayır. Şahmar Ələkbərov Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatından bəhs edən filmdə də onu baş rola dəvət edir. Ancaq ömür vəfa etmir, Şahmar müəllim qəflətən dünyasını dəyişir. 1995-ci ildə “Yük” filmi istehsalata buraxılır. Mirzə müəllimin yaratdığı Ağa Musa Nağıyev qeyri-adi xarakteri, həyata baxışı, insanlara yanaşması olan tragi-komik obrazdır. Təzadlı xasiyyətə malik Bakı milyonçusunun taleyüklü ömür yolunun plastik həlli isə onun Xəzərin sahilində ifa etdiyi “Qağayı” rəqsi ilə ifadə olunur. Dəniz, Qağayı, Səmanın ənginliklərinə pərvaz etmək arzusu… Təsadüfi deyil ki, bu film beynəlxalq kino festivallarında da uğur qazanır.
Azərbaycan Respublikasının Əməkdar artisti Mirzə Ağabəylini ad günü münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

.jpg)
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
- 11:55 Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
- 11:08 Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
- 10:51 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:49 SSRİ Xalq artisti Səid Rüstəmovun anadan olmasının 118 ili tamam olur
- 09:32 Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır
- 09:23 Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib