Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) 1897-ci il iyunun 22-də anadan olub.
İlk təhsilini Şuşada, mədrəsədə alıb, bir çox xanəndələrin ilk musiqi məktəbi olan Molla İbrahimin muğam ocağında sənətin əlifbasına yiyələnib. Xüsusilə Cabbar Qaryağdıoğlundan muğamın bir çox sirlərini əxz edib. Gənc yaşlarından xalqın sevimlisinə çevrilən Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.
1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. O, 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
Azərbaycan peşəkar vokal məktəbinin banisi olan Bülbül opera səhnəsində ifa etdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Koroğlu, “Arşın mal alan” operettasında Əsgər, Qlierin “Şahsənəm” operasında Qərib, Müslüm Maqomayevin “Nərgiz” operasında Əliyar, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında Nizami, Niyazinin “Xosrov və Şirin” operasında Fərhad, Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasında Aslan, Cakkomo Puççininin “Toska” operasında Mario və s. kimi obrazlarla tamaşaçı sevgisini qazanıb və bu rolları ilə tək ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurlaşaraq, minlərlə insanı səsinin sehri ilə valeh edib.
Unudulmaz sənətkarın ifasında Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” qəzəl romansları, Asəf Zeynallının “Ölkəm” romansı incə lirizmi ilə qəlbləri oxşayır və nəsillərdən-nəsillərə Bülbül yaradıcılığının töhfəsinə çevrilib.
Böyük sənətkarın təşəbbüsü ilə 1932-ci ildə Konservatoriyanın nəzdində yaradılmış Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabinetdə ekspedisiyalar nəticəsində toplanmış, tədqiq olunan və nota salınaraq işlənən xalq mahnıları sonradan onun repertuarında önəmli yerlərdən tutur: “Süsən-sünbül”, “Yaxan düymələ”, “Qara gözlər”, “Çal-oyna”, “Xumar oldum” (Niyazinin işləməsində), ifa etdiyi “Segah” kimi muğam və təsniflər isə səs xəzinəmizin incilərinə çevrilib.
1938-ci ildə “SSRİ Xalq artisti” adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə “Lenin” ordeni, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.
Görkəmli sənətkar 1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.
Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib