XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Aprel döyüşləri şəhidi Müşfiq Orucovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 00:40

Müşfiq Arif oğlu Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub.Universiteti bitirdikdən sonra Naftalan şəhərində hərbi xidmətdə olub.

O, 2016-cı il aprelin 5-də Tərtərdə düşmənlə gedən döyüşlərdə şəhid olub.

Qəhrəman şəhid Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Baxış sayı: 344