XƏBƏRLƏR
MƏLUMAT
Bu gün 20 yanvar şəhidi Fəridə Abbasovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/02/2020 00:36

Fəridə Nəriman qızı Abbasova — 13 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. Müthiş 20 yanvar gecəsi şəhid olaraq əbədiyyata qovuşub. Evdar qadın idi. 3 övladı var idi. Qanlı yanvarın şanlı günündə, 19 yanvarda saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı Bakı şəhərində 11-ci Giriş küçəsinin 1-ci binasının həyətində paltarları sərərkən hər bir Azərbaycanlının nifrət etdiyi Sovet Ordusunun əsgərləri tərəfindən yağı gülləsi ilə vurulub. Yağı gülləsi onun ürəyini dəlib dayanıb. Həkim gələnədək isə Fəridə xanım keçinərək Azərbaycanın Azadlıqı uğrunda canından keçən şəhidlərdən biri oldu və Qəhrəman olaraq əbədiyyata qovuşub.

20 yanvarda mərhumu dəfn etmək üçün onun meyidi Nardarana aparılarkən hərbiçilər buna mane olub. Amma hərbiçilərin manelərinə baxmayaraq onun meyidi gizli yollar ilə Nardarana aparıldı və torpaqa tapşırılıb. 1992-ci ildə ölümündən sonra ən yüksək fəxri ada Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülüb. 1998-ci ildə 29 dekabr tarixində isə Fəridə xanım Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb.

Baxış sayı: 7997