XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar incəsənət xadimi Asya Sultanova 98 yaşında vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
23/11/2021 01:23

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib. O, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.

O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb. Asya Sultanova musiqiçi və aktyor Vladimir Şanski ilə ailəli olub.

1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” adına layiq görülüb.

Baxış sayı: 468