XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycandan olan “Mamagama” qrupu Albaniyada mükafat qazanıb
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2022 01:45

Bakılı gənclər Albaniyada uğur qazanıblar. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az xəbər verir.

Albaniyanın “Kenga Magjike” adlı müsabiqəsində çıxış edən “Mamagama” qrupunun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev  “Ən yaxşı xarici artist” nominasiyasına layiq görülüblər. Həmçinin ümumi müsabiqədə azərbaycanlı musiqiçilər 4-cü yerdə qərarlaşıblar.

“Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Dünyanın müxtəlif ölkələrindən burada iştirak edərək artistlər öz musiqi bacarılqarını nümayiş etdirə bilirlər.

Baxış sayı: 167