XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan filosofu Şihabəddin Xoylu haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
01/02/2022 06:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı orta əsr Azərbaycan filosofu Şihabəddin Xoylu haqqında videoçarx hazırlayıb.

Videoçarxda görkəmli filosofun həyatı və əsərləri haqqında məlumat verilib.

Orta əsr Şərq bədii-estetik və elmi-fəlsəfi fikrinin zənginləşdirilməsində Azərbaycanın yaradıcı ziyalılarının böyük xidməti olub.

Şihabəddin Xoylu böyük alim kimi tanındığı bir vaxtda Yaxın Şərqin bir sıra ölkələrində qazi olub, eyni zamanda müəllimlik edib. Azərbaycan mütəfəkkiri Adiliyyə, Qəzaliyyə və Damağiyyə mədrəsələrində dərs deyib. O, iyirmi fənni əhatə edən böyük bir kitabın, eləcə də müxtəlif mövzulu əsərlərin müəllifidir.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.facebook.com/100074843258313/posts/132843939220381/?app=fbl --

Baxış sayı: 289