XƏBƏRLƏR
MƏLUMAT
ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/08/2025 14:20

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) ölkəmizin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib.

ARKA -dan AZƏRTAC-a bildirilib ki, görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Salam Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.

İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.

ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.

 

Baxış sayı: 46