XƏBƏRLƏR
MƏLUMAT
Ağdam Cümə məscidi
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2020 08:59

Ağdam Cümə məscidi (inv. 202) 1868-1870-ci illərdə tikilib. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülüb.

1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra digər tarixi abidələrimiz kimi Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qoyulub.

Məscidin bugünkü vəziyyəti UNESKO-nun 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının Ermənistan Respublikası tərəfindən pozulduğunu bir daha nümayiş etdirir.

Baxış sayı: 95274