XƏBƏRLƏR
MƏLUMAT
“Ağ atlı oğlan” ekran əsəri təqdim ediləcək
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 11:07

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Milli kino” adlı layihəsi davam edir. Layihə çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan, Qarabağ müharibəsindən bəhs edən “Ağ atlı oğlan” ekran əsəri təqdim ediləcək.

Məqsədi milli kinonun geniş ictimaiyyət arasında təbliği, eləcə də gənc nəslin mədəniyyət sahəsində maarifləndirilməsi olan tədbir dekabrın 18-i saat 12.00-da olacaq.

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi

Giriş sərbəstdir!

Baxış sayı: 18