XƏBƏRLƏR
MƏLUMAT
2 Avqust -Azərbaycan Kinosu Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2025 09:29

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Hər il olduğu kimi bu il də Azərbaycan Kinosu Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı təşkil olunur.

Baxış sayı: 36