XƏBƏRLƏR
MƏLUMAT
Şərqin ilk diplomat qadını – “Sara Xatun” haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/08/2021 02:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasının əməkdaşı R.Novruzova Şərqin ilk diplomat qadını – “Sara Xatun” haqqında videoçarx hazırlayıb.

Azərbaycan qadını tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. Qadınlarımız hər zaman atalarına, ərlərinə, oğullarına dayaq olub, çətin məqamlarda düzgün çıxış yolu tapmaqda kömək ediblər. Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan Sara Xatun da belə məşhur qadınlarımızdandır.

O, böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.

Pirəli bəyin qızı, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatun Bayandur elində dünyaya gəlib. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında yaxından iştirak edib. Bu dövlətin möhkəmlənməsində, xarici ölkələrlə diplomatik əlaqələrinin yaranmasında böyük rol oynayıb. Uzun Həsən bütün xarici siyasət məsələlərini anası ilə məsləhətləşib, ən məsul diplomatik danışıqlara onu göndərərdi.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://www.facebook.com/100007549111926/videos/3096195993947995/

https://www.instagram.com/tv/CSI9tTcgETZ/?utm_source=ig_web_copy_link

Baxış sayı: 1445