Qədim mədəniyyət tariximizdən
Ölkəmizdə aparılan arxeoloji qazıntılar, əldə edilən maddi-mədəniyyət nümunələri və onların tədqiqi onu göstərir ki, əcdadlarımız min illərdən bəri bu torpaqlarda yaşayıblar. Zəngin mədəni mirasın tapıldığı yerlərdə yaşayışın xronoloji baxımdan izlənilməsi və tarixi dövrlərə aid nümunələrin müqayisəsi eyni etnosa məxsus fərqli mədəniyyətlərin olduğunu ortaya çıxarıb. “Qədim mədəniyyət tariximizdən” rubrikasında bu dəfə özünəməxsus tarixi-mədəni elementləri ilə seçilən, 7 əsrlik bir dövrü əhatə edən Xocalı-Gədəbəy mədəniyyətindən bəhs olunacaq.
Xronologiya
Xocalı-Gədəbəy mədəniyyətinin tədqiq olunmasında tarixçi alimlərdən İdeal Nərimanov, Təvəkkül Əliyev, Vəli Baxşəliyev, Hidayət Cəfərov və başqalarının böyük rolu olub. Bu mədəniyyətin xronoloji çərçivəsi eradan əvvəl XIV-XIII əsrlərdən VII əsrə qədər olan dövrü əhatə edir və Xocalı ilə Gədəbəy bölgəsi arasındakı ərazilərdə bu dövrə aid materiallar tapıldığına görə belə adlandırılıb. Şimali Azərbaycanda, Şərqi Gürcüstanda, Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan ərazisində) Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı çoxsaylı abidələr aşkar olunub. Tədqiqatçılar haqlı olaraq bu dövrün arxeoloji mədəniyyətini Azərbaycan tarixinin parlaq səhifəsi kimi səciyyələndiriblər.
Tapılan nümunələr qədim dövlətçilik tariximizdən xəbər verib.
AMEA –nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri olub, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyir ki, aparılan qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 150-yə qədər abidə aşkar olunub: “Bu dövr abidələrinin xarakterinə diqqət yetirsək görürük ki, onlar daha çox yaşayış yerləri, qəbirlərdir. Yaşayış yerləri daimi və müvəqqəti olmaqla iki yerə bölünüb. Azərbaycanın qərbində Gədəbəy, Tovuz, Daşkəsən, Qarabağın bir çox hissəsində, Qubadlıda, Laçında və digər bölgələrdə bu mədəniyyətə aid xeyli sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eradan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərində Azərbaycanda bu qədər abidənin inşa olunması maraqlı tarixi faktdır. Bizim araşdırmalar onu göstərib ki, bu abidələrə sərf olunan əmək Misir ehramlarına sərf olunan əməkdən geri qalmır. Onların bir qismi Naxçıvan Muxtar Respublikası ərazisində (Oğlanqala, Govuqala və s.) yerləşib. Abidələrin tikintisində istifadə olunan daşların ağırlığı 3-5 tondur”.
Alim deyir ki, qədim yaşayış yerlərində yüzlərlə belə nəhəng daşın dağların başına qaldırılması bu işin mütəşəkkil işçi qüvvələri tərəfindən görülməsindən, həmin qüvvələrin idarə olunmasından xəbər verib. Bu isə həmin dövrdə müəyyən dövlət, inzibati idarəçiliyin olduğunu göstərib.
Siklop tikililər
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edir ki, bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında qeydə alınıb: “Azərbaycanın Göygöl, Dəstəfur (Daşkəsən), Şəmkir, Gədəbəy, Tovuz və Qazax bölgəsində aşkar olunan bu tip tikililər başlıca olaraq yüksək daş kəsimlərində yerləşib. Bu abidələrin siklop tikintisi adlandırılmasının səbəbi onların hörgüsündə böyük qaya parçalarından və iri daşlardan istifadə edilməsidir. Lakin araşdırmalardan bəlli olur ki, bu abidələr Son Tunc dövründə müdafiə məqsədilə inşa edilmiş qalalardır.
Arxeoloji araşdırmalar sübut edir ki, e.ə. II minilliyin ikinci yarısında Azərbaycanda müdafiə tikintilərinin meydana çıxması cəmiyyətin sosial həyatındakı dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı olub”. Tədqiqatçılar Azərbaycanın şimal rayonlarında yerləşən siklop tikintiləri üç qrupa bölürlər: yaşayış yeri, müdafiə və heyvanların sığınması və saxlanması üçün istifadə olunan tikililər. Yaşayış yeri kimi istifadə olunan qalalar strateji cəhətdən əlverişli mövqelərdə yerləşdirilmiş və müdafiə divarı ilə əhatə olunub. İkinci və üçüncü qrupa daxil olan tikililər təbii baxımdan dağların əlçatmaz və alınması çətin olan mövqelərində yerləşdirilməklə, müdafiə divarı ilə də əhatə olunub.
Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub
Tarixçi alim Təvəkkül Əliyev Xocalı-Gədəbəy mədəniyyətini tarixdə irəliləyiş və yeniliklər olan bir mərhələ kimi xarakterizə edib: “Xocalı-Gədəbəy mədəniyyəti materiallarının özünəməxsus xüsusiyyətləri var. Gəlinən nəticələr bu dövrdə yeniliklərin olmasından xəbər verib. Məsələn, aşkar olunan silahlar öz çeşidi ilə diqqəti cəlb edib. O dövrdə silahların əksəriyyəti tuncdan hazırlanıb. Tunc silahlar həmin dövr üçün zəruri idi. Bu elə bir dövr idi ki, iri tayfa ittifaqları yaranıb, müharibələr olub. Buna uyğun olaraq qazıntılarda tunc silahlar, xəncər, toppuz, ox ucları, eləcə də tuncdan hazırlanmış çoxlu qazanlara rast gəlinib. Kəmərlər üzərində olan naxışlar, oymalar diqqəti cəlb edib. Saxsı qabların üzərində heyvan, ox, səma təsvirləri göz oxşayır”.
Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrləri abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Tədqiqatlardan bəlli olur ki, bu mədəniyyətin əhatə etdiyi tarixi dövrdə Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində Xocalı yaxınlığında aparılan qazıntılar zamanı üzərində Assur hökmdarının adı həkk olunan muncuq aşkar olunub.
Xocalı-Gədəbəy mədəniyyəti abidələri həm də emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilib. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunub. Qəbirlərin keramikası, demək olar ki, eynidir. Qəbirlərdən tunc qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardaq, qazan, cilov, bilərzik, üzük, sümükdən düzəldilmiş bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilib.
Mədəniyyətin izlərinə bu gün də rast gəlinib
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı yeni materiallar bu gün də aşkar olunmaqdadır. Məsələn, Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanıb. "Palıdlı" nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb, 20-dək qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov deyir ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazilərdə Son Tunc və İlk Dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyib: “Bu materiallar eyni zamanda ermənilərin ərazi iddialarının əsassız olduğunu, Qarabağın aran və dağlıq ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadıqlarını bir daha təsdiq edib. Bu arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından da əhəmiyyətlidir”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 4 oktyabr.- S. 15.




- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub