XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Yenilməz batalyon’’ filmi nümayiş edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/04/2022 06:36

Aprelin 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində İsmayıl Osmanlının anadan olmasının 120 illik yubileyi münasibətilə rol aldığı filmlərin yetişməkdə olan gənc nəslə tanıdılması məqsədilə “Yenilməz batalyon’’ filmi nümayiş edilib.

Tədbirin aparıcısı Nuranə Davrinbəyova İsmayıl Osmanlının həyat və yaradıcılıq yolu haqqında 7 saylı peşə məktəbinin şagird və müəllim kollektivinə ətraflı məlumat verib. İsmayıl Osmanlı səhnədə və kinoda tamaşaçıda həmişə xoş hisslər oyadıb.

Bu gün də onun çəkildiyi filmlər bizim milli kino sənətimizin çox dəyərli nümunələri kimi tamaşaçıların maraq göstərdiyi filmlərdir.

Baxış sayı: 201