
Günümüzdə şəhərləri cazibədar edən sözsüz ki, onların görünüşüdür. Şəhərin görünüşü dedikdə isə, onun memarlığı nəzərdə tutulur. Müasir memarlığı daha qeyri-adi edən özündə həm keçmişin çalarını, həm bu günün innovativ dizaynını, həm də gələcək xəyalları bir yerdə toplamasıdır.
Memarlıq sabit qalmır, hər zaman yenilənir və dəyişir. Məhz buna görə də memarlığın özünəməxsus bir sıra üslubları var. Bir neçə əsr öncə barokko, rokoko, qotika və s. cərəyanları özünün yüksək dövrlərini yaşayırdısa, indi isə kitçi, modern, ekspersionizm üslubları memarlıq dizaynında əvəzsiz rol oynayır.
Müasir dünyanın 10 memarlıq üslubunu və onlara aid möhtəşəm tikililərin siyahısını təqdim edirik.
Bu üslub 1890-1910–cu illərdə Avropada formalaşsa da, hal-hazırda çiçəklənmə dövründədir. Üslubun özünəməxsusluğu klassik xətt və bucaqlardan imtina etib qeyri-adiliyə üstünlük verməsidir. Tikintiyə yeni materialların qatılması memarlar üçün sərhədləri aradan qaldırıb.
Modern üslubunda tikilən müasir möcüzəmiz isə, kitab sevənlərin sevincinə səbəb olacaq.
Fransanın Nitsa şəhərinə mükəmməlliyi ilə heyrətləndirən Lui Nyuser adına kitabxana var. Kitabxana öz xüsusiyyətləri ilə dünyanın heç bir tikilisinə bənzəmir. Onun qəribəliyi damında cəmlənib. Yuxarı hissəsi böyük qutuya bənzər bir baş formasında tikilib. Kitabxananın maraqlı adı da bunu təcəssüm etdirir. Fransızca onun adı "La Tete au Carre" kimi səslənsə də, bizim dilə "Qutuda düşünmək" kimi tərcümə olunur. 2002-ci ildə tikilmiş kitabxananın memarları Yves Bayard və Francis Chapus idi.
Şüşə, plastik, metal, mərkəzləşdirilməmiş işıqlandırma, yeni texnologiyalar, lift, cürbəcür dizaynlı pilləkənlər və s. bunları birləşdirən memarlığın hay-tek və ya yüksək texnologiya üslubudur. 1970-1980-ci illərdə bu üslub ingilislər tərəfindən çox istifadə olunub. İndi ofis binalarının tikintisində özünü çox göstərsə də, Ərəbistanın, eləcə də dünyanın ən gözəl hotelini unutmaq olmaz.
Müasir hay-tek üslubu dedikdə ağıla gələn tikili Dubayda yerləşən dünyanın ilk 7 ulduzlu hoteli "Bürc əl-Ərəb"dir. Hotel 1999-cu ildə dəniz sahilindən 280 metr aralıda süni ada üzərində tikilib. Hündürlüyü 321 metr olan hotel dau yelkəni formasındadır.
Şəhərin təmkin dolu küçələrində bütün sərhədləri aşmış "aqressiv" binalara rast gəlməmiş olmazsınız. Bütün bu binalar dekonstruktivist tikililərdir. Vizual mürəkkəblik, qəsdən pozulmuş, dağılmış formalar 1980-ci ildə formalaşmış üslubun ən özəl xüsusiyyətləridir.
Ölkənin mədəniyyətini, tarixini əks etdirməyin bir üsulu da muzeylərdir. Turistlərin ən çox ziyarət etdiyi muzeylərdən biri də İspaniyanın Bilbao şəhərindəki dekonstruktivizm üslubunu əks etdirən Quqqenhaym muzeyidir. Memar Frank Gehry öz "əsərində" dəniz mövzusuna toxunub, tikili Nehri (Nervion) çayı boyunca üzən bir gəmiyə bənzəyir. Binada düz bucaq yoxdur, səthlər yumşaq bir şəkildə bükülüb, bir-birinə qarışır. Quqqenhaym muzeyi təkcə sərgilədiyi incəsənətlə deyil, həm də öz dizaynı ilə görənlərin heyrətinə səbəb olur.
Zövqsüz, ucuz sözləri ilə xarakterizə olunan bir üslub, sizcə, necə olmalıdır? Kitçi üslubu buna cavab verəcək. Burjuaziya və kasıbçılıq dövründə yaranan üslub alman dilindən tərcümədə məhz "ucuz" kimi səslənir. İndi kitçi hər yerdə mövcuddur. Özündə digər üslubları qarışdıraraq, yeni unikal incilər yaradır.
Uşaqların sevimli oyunu konstruktorla evlər düzəltməkdir. "Inntel Hotels" şirkəti isə deyəsən hələ də konstruktorla oynamağı sevir. Beləki Niderlandın Zaandam şəhərində böyük bir konstruktor hoteli yerləşib. Kitçi üslubunda hazırlanan hotel 70 müxtəlif evin birləşməsindən yaranıb. Turistlər üçün bu məkan əsl uşaqlıq xəyallarının gerçəkləşməsidir.
Birinci Dünya müharibəsindən sonra yaranan ekspressionizm üslubu günümüzdə də aktualdır. Təbiət landşaftlarından (dağ, mağara və s.) istifadə edərək klassik memarlıq formalarını aşan ekspersionizm teatr, məbəd tikintilərində özünü səciyyələndirir.
Lotos məbədi təkcə Hindistanın deyil, bütünlüklə Asiyanın ekspersionizm üslubunda tikilən ən möhtəşəm məkanıdır. Məbəd Lotos çiçəyinin hələ təzəlikcə çiçəklənmiş çağında təsvir olunub və indi də su üzərində "çiçəklənməkdədir". Beləki məbədi 9 hovuz hər tərəfdən əhatə edir. Məhz bu hovuzların üstündən keçərək "çiçəyin" içinə daxil olmaq mümkündür. 1986-cı ildə inşa edilmiş məbəd hal-hazırda turistlərin ən sevdiyi müasir memarlıq incisidir.
Moderndən sıxılan şəhərlərə yenilik qatan postmodern memarlığı 1960-cı illərdə meydana gəlib. Postmodern tarixi abidələrə bənzərliyi, əvvəlki dövrün heykəllərinə işarəsi, bir sözlə, "köhnə dadlardan" istifadə edərək memarlığa yeni "dadlar" qatmağa başlayıb.
Bir gün Rotterdam rəsmisi Hans Mentnik memar Bloma köhnə limanın yerində yeni qeyri-adi, modern üslubunun sərhədini aşacaq layihə hazırlamağı tapşırıb. Beləcə Rotterdamın mərkəzində "Kubik evlər" yaranıb. Evlər turistlərin marağına səbəb olur deyə ev sakinləri bəzən onlar üçün kiçik ekskursiyalar keçirir.
Təbiətin insanla vəhdəti, sizcə, təkcə fəlsəfi fikirlər və incəsənətdir, ya memarlıq?
Orqanik memarlığın əsas vəzifəsi özündə insanın daxili aləmini və təbiətlə harmoniyasını ifadə etməkdir. Tikililər təbiətin bir hissəsi olub onunla ahəng təşkil edirlər. Bütün həndəsi fiqurları rədd edən bu üslub ətraf landşafta uyğun olan materiallardan hazırlanır.
Orqanik memarlığın etalonu olan "Şəlalə üstündə evlər" yüzlərlə turistin Pensilvaniyaya axınının səbəbidir. Frenk Rayt bütün ömrü boyu orqanikaya can atıb və sonunda şəlalə üstündə "uçan" evini yaratmağa müvəffəq olub. Şəlalə üstündə ev qayalıqdan çıxaraq, onun bir hissəsi kimi görünür.
Bu üslub axır vaxtların – 1990-cu illərin məhsuludur. Bu dövrdə memarlar yeni çalarların, rənglərin, sərhədlərin axtarışında olub. Bütün simmetriyaya, hətta fizika qanunlarına qarşı olan rəqəmsal memarlığın nümayəndələrindən biri isə öz abidələri ilə gözoxşayan memar Zaha Hadiddir. "Kosmik tikililəri" ilə tanınan Zaha Hadid Azərbaycanda rəqəmsal memarlığın mirvarisini yaradıb. Bakıda parlayan Heydər Əliyev Mərkəzi işıqlı gələcəyi təmsil edir. Binanın dalğavari forması dəniz mövzusuna yaxınlığı ilə bərabər keçmişin gələcəyə axınının rəmzidir.
Boz divarlar və nəhəng tikililər bunlar brutalizm üslubunun əsasıdır. 1950-1970-ci illərdə Böyük Britaniyada yayılan brutalizm binaların mürəkkəbliyi və konstruksiyaların "ağırlığı" ilə seçilib.
Kanadada nəhəngliyi ilə tanınan "Habitat" 67 354 kubun bir-biri üzərinə xaotikcəsinə düzülməsindən yaranan bina şəklindədir. Kənardan uşaq evciklərinə bənzəsə də belə quruluş funksionallığı artırır. Tikili Monrealın ən gəzməli-görməli yerlərindən biridir.
Konstruktivizm 1920-1930-cu illərdən mövcud olan avantürist memarlıq üslubudur. Konstruktivizmin əsası təkcə funksional deyil, həm də ifadəli binalar yaratmaqdır. Memarlıq abidələri öz dekorativliyi ilə deyil, forma və materailları sayəsində effektivlik əldə edir. Şüşə, beton, metal memarların əlində rəssamlıq alətinə çevrilir. Buna Viktor Kramarenko və Mixail Vinaqradovun birgə əməyində şahid oluruq. "Belarus almaz"ını əsas götürərək yaratdıqları kitabxana elmə, biliyə olan dəyəri nümayiş etdirir. Konstruktivizm memarlıq üslubunda işlənən Belarus Milli kitabxanası öz bənzərsiz quruluşu, nadir kitabları və maraqlı ekskursiyaları ilə həm yerli əhalini, həm də turistləri cəlb edir. İnsan fantaziyasının hüdudu yoxdur və müasir memarlıq buna sübutdur. Demək olar ki, hər il onlarla yeni memarlıq inciləri yaranır. Kim bilir, illər sonra bu siyahıda insanın yaratdığı hansı möcüzələrdən bəhs olunacaq.










- 09:26 Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” adlı sərgi açılıb
- 09:18 Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb
- 09:11 İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub
- 16:35 "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
- 16:31 Bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ili tamam olur
- 15:49 Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
- 14:51 “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib