
Memarlıq daşın musiqisidir. Bu musiqini canlandıran, ona həyat verən, naxışlarla işləyib şəhərin, ölkənin rəmzinə çevirən isə memarlardır. Memarlıq sənəti incilərini nəzərdən keçirsək, hər abidənin yarandığı dövrün ənənəsinin, üslublarının, tarixi, sosial durumunun, mənsub olduğu ölkənin milli dəyərlərinin, mənəvi aləminin, dünyagörüşünün təcəssümü olduğunu görərik. İllər, qərinələr, əsrlər, minilliklər ötsə də, bu abidələr yaşayır və milli kimliyimizi sələflərdən xələflərə ötürür.
Bu gün sizə bir memar haqqında yazmaq istəyirəm. Qəhrəmanım sənətinin vurğunu, milli dəyərlərimizin təəssübkeşi, monumentallıq və klassik üslubu müasir meyllərlə ahəngdə birləşdirərək layihələrində və onlar əsasında tikilmiş binalarda bu xüsusiyyətləri rəmzlərlə, naxışlarla, memarlıq elementləri ilə müvəffəqiyyətlə ötürən ustad müasirimiz, respublika və beynəlxalq müsabiqələrdə uğurla iştirak etmiş, Heydər Əliyev Mərkəzinin baş memarı Sabir Məhərrəmovdur.
Sabir İsrafil oğlu Məhərrəmov 03 fevral 1949-cu ildə Şəki şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun “Memarlıq” fakültəsini “memar” ixtisası üzrə bitirib. Elə həmin ildən Bakı Dövlət Layihə İnstitutunda əvvəl memar, sonra böyük memar, aparıcı memar vəzifələrində çalışıb. 1986-cı ilə qədər bu İnstitutda işlədiyi müddətdə Bakı Dəmir Yolu Vağzalı ətrafının tikili eskizi və müfəssəl planlaşdırma layihəsinin, “Şimali Abşeron” kurort zonasının Baş planının, Montin qəsəbəsinin cənub hissəsinin müfəssəl planlaşdırma layihəsinin, Bakı şəhərinin şərq hissəsinin tikili eskizinin, Pirşağı sanatoriya-kurort kompleksinin planlaşdırma layihəsinin, Mərdəkan-Gənclik yaşayış rayonunun cənub-şərq hissəsinin müfəssəl planlaşdırma layihəsinin, Pirşağı-Goradil-Sarıqaya kurort zonasının planlaşdırma layihəsinin, Bakı şəhəri “Günəşli” yaşayış rayonunun tikili eskizi və müfəssəl planlaşdırma layihəsinin və s. bina və tikililərin müəllifi olub.
1980-2009-cu illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirlinin nəzdində Bədii Fondda memar işləyib. Burada da memarlıq abidələrinin bərpası, müasir görkəmi, yeni mədəniyyət obyektlərinin layihələndirilməsi və dəyərləndirilməsi sahəsində öz bilik və bacarıqlarını uğurla nümayiş etdirib.
Sabir Məhərrəmov 2009-2013-cü illərdə “BAKIHİDROLAYİHƏ” MMC-də baş memar, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin baş memarıdır.
Bu müddət ərzində ölkəmizdə və onun hüdudlarından kənarda onlarla yaşayış binası, mühəndis qurğusu, müxtəlif təyinatlı tikililərin layihələrini hazırlayıb, bu layihələr əsasında bir-birindən gözəl memarlıq inciləri ərsəyə gəlib. Onların arasında Azərbaycan Respubllikası Daxili İşlər Nazirliyi inzibati binasının yenidən qurulması layihəsini, DİN-in Polis Akademiyası ərazisində Heydər Əliyev Mərkəzinin və abidə kompleksini, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində kempinq, təhsil müəssisələri və digər binaların layihələrini, Dağıstanda məscid kompleksini, paytaxtda və bölgələrdə müxtəlif təyinatlı tikililərin, park və fəvvarələrin müfəssəl layihələndirilməsi və inşasına nəzarəti həyata keçirib.
Sabir müəllimin layihələri müxtəlif təyinatlı olsalar da, onları birləşdirən ümumi cəhət millilik və ənənəvilik, milli irsimizə dünyəvi yanaşma, təbiətlə harmoniya və dünyagörüşümüzün, etnoidentikliyimizin təsvir dili olan rəmzlərdən xüsusi incəlik və yüksək zövqlə istifadədir. Bu layihələrdə landşaft, iqlim və ekoloji amillər dəqiqliklə nəzərə alınmaqla yanaşı, onların birləşməsinin insana rahatlıq gətirəcəyi işıq və kölgə, rəng həlli də önəm kəsb edir. Beləliklə, özünü daş, beton, şüşə içərisində ev sahibindən daha çox, Günəşin nuru ilə dolu, küləyin bəzən ilıq, bəzən də sərt nəfəsi ilə cilalanan, Abşeron qumsallığı, Şuşa dağları, Şəkinin sıx meşələri, Göygölün bənzərsiz füsunkar gözəlliyi və Xəzər təlatümü bir araya gələrək insana sakiitlik, düşünmək, keçmişindən qürur duymaq, gələcəyə inamla irəliləmək, dünəni unutmadan sabaha aydın düşüncə ilə getmək, təbiətin bir parçası kimi onu qorumaq və cəmiyyətə yararlı olmaq üçün qurub-yaratmaq həvəsinə meydan açır. Bütün bunlar sənətkarın vətənpərvərıyinin, insanpərvərliyinin, mədəni irsimizə həsssiyyətinin bariz nümunəsidir.
Sabir Məhərrəmov 1978–ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Tələbəlik illərindən başlayaraq layihələri ilə yerli və beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif diplomlar və mükafatlar alıb. Bakı Dövlət Layihə İnstitutunda fəaliyyətinə görə dəfələrlə təşəkkürnamələr, mükafat və Fəxri fərmanlarla təltif olunub. Dağıstanda dağların arasında ucalaraq möminlərin dualarını Haqqın dərgahına çatdıran, təbiətlə həmahəng olan məscid kompleksinin layihələndirilməsi və tikintisinin uğurla başa çatdırılması münasibətilə 23.11.2010-cu ildə “Dağıstan Respublikasının Fəxri vətəndaşı” adına layiq görülüb.
Daim axtarışda olan, bir-birindən gözəl layihələri ilə ölkəmizin memarlıq ansamblına təkrarsız töhfələr verən Sabir Məhərrəmovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- 15:32 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
- 14:22 Narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib
- 12:41 Azərbaycan musiqisinin gənc siması dünya səhnəsində
- 11:29 Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb
- 11:12 “Üzeyir bəyin kiçik qonaqları” adlı konsert proqramı keçirilib
- 10:17 Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur
- 09:41 “Opera günləri” layihəsi çərçivəsində opera forumu keçirilib
- 09:13 Dirijor Fəxrəddin Kərimovun yubiley konserti keçiriləcək
- 17:41 “Heydər Əliyev irsinin təbliği” adlı elmi seminar keçiriləcək
- 17:19 “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
- 17:08 10 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 15:12 4 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 14:57 "Bəşəriyyətin bəlası-Narkomaniya"adlı tədbir keçirilib
- 14:25 Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb
- 14:23 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanının təqdimatı keçiriləcək
- 12:43 “The Ashgabat Times”: Üzeyir Hacıbəylinin dahiliyi və onun “Arşın Mal Alan” əsəri Türkmənistanda çox sevilir
- 11:37 Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb
- 10:28 Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 112 ili tamam olur
- 09:30 Türkiyədə Azərbaycan xoreoqrafının tamaşası keçirilib
- 09:27 Türkiyənin Millət Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə olunub
- 09:23 Azərbaycanlı ifaçı Sankt-Peterburqda festivalda çıxış edib
- 17:31 “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunun qalibləri təşəkkürnamələr ilə təltif olunublar
- 16:46 “İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görmüşdür
- 16:00 Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 14:11 Alim Qasımov və Rain Sultanov Osloda festivalda çıxış ediblər
- 13:36 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti keçirib
- 12:14 Bu gün Əməkdar elm xadimi Məmməd Arif Dadaşzadənin anadan olmasının 121 ili tamam olur
- 09:54 Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib
- 09:19 Kuklaçılar “DEMMENİFEST - 2025”də iştirak edəcəklər
- 09:13 “1001 gecə” baleti Belarusun Akademik Böyük Teatrının səhnəsində
- 13:42 “Musiqili Bakı” layihəsi çərçivəsində Qurban bayramına həsr olunmuş konsert keçirilib
- 11:14 “Səhnə bizimdir” adlı konsert proqramı təqdim edilib
- 15:37 Rabatda “Azərbaycan Mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 15:26 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
- 14:56 “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
- 14:37 Paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək
- 14:21 Respublika Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar kitab sərgisi açılıb
- 11:50 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 86 ili tamam olur
- 11:24 K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 11:19 Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib
- 11:01 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı şagirdləri “Səsimiz bir” adlı layihədə yer alıblar
- 10:25 Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili tamam olur
- 09:38 4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib
- 09:32 Parisdə Panteon meydanında Qobustan və Xınalığın fotoları nümayiş olunur
- 09:29 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 09:24 “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi
- 17:18 Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:36 Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 99 ili tamam olur
- 14:39 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:34 Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
- 14:32 Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:12 “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
- 09:56 Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:38 Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub
- 09:35 Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb
- 09:22 “MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub
- 16:39 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib
- 15:29 Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
- 15:17 “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” adlı mühazirə keçirilib
- 15:13 “Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib