
Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.
Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “ O, qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.
Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.
Həsən Seyidbəyli həm də peşəkar publisist olub. İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.
Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında priz və diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib. O, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” orden və medalları ilə təltif edilib.
Görkəmli sənətkar 25 iyun 1980-ci ildə Bakı şəhərində vəfat edib.
- 09:40 Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib
- 09:26 Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” adlı sərgi açılıb
- 09:18 Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb
- 09:11 İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub
- 16:35 "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
- 16:31 Bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ili tamam olur
- 15:49 Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
- 14:51 “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır