XƏBƏRLƏR
MƏLUMAT
“Dolu” filminin nümayişi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2022 01:23

İyulun 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına qəsəbə Mədəniyyət evi “Şuşa ili” çərçivəsində Milli Kino Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir “Absheron Group” production, Sabunçu rayon MKS-in 11 nömrəli filialı və “Audiokitab”ın birgə təşkilatçılığı ilə Balaxanı qəsəbəsində açıq səma altında təşkil olunub.

Tədbirdə  Millət vəkili Aqil Abbas,  Xalq artisti Məmməd Səfa, Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Cavanşir Hadıyev, Baş İdarənin Mədəniyyət siyasəti  sektorunun müdiri Səbinə Məmmədova, aktyorlar Əjdər Zeynalov, Faiq Kərimoğlu, Elvin Əhmədov, Vüqar Vəlixanov, rejissor Elxan Cəfərov iştirak ediblər.

Tədbirin aparıcısı Günay Firudinqızı tamaşaçıları salamlayaraq, “Şuşa ili” və Miili Kino Günü haqqında məlumat verib. Sonra “Dolu” filminin yaradıcı heyətini səhnəyə dəvət edib. Millət vəkili və filmin ssenaristi Aqil Abbas, Xalq artisti Məmməd Səfa, Xalq artisti Şamil Süleymanov və filmin rejissoru Elxan Cəfərov “Dolu” filmi haqqında öz xatirələrini tamaşaçılarla bölüşüblər. Sonra “Dolu” filmi nümayiş olunub.

Sonda filmin yaradıcı heyəti təşkilatçılara öz təşəkürünü bildiriblər və M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin rəy və xatirə kitabına öz təəssüratlarını qeyd ediblər.

Baxış sayı: 312