XƏBƏRLƏR
MƏLUMAT
“Bembi-Meşə Nağılı" əsəri haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2022 03:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Fəridə Alnağıyeva Feliks Saltenin "Bembi - Meşə Nağılı" əsəri haqqında videoçarx hazırlayıb.

Feliks Salten Avstriya yazıçısı, tanınmış uşaq yazarıdır. Bir çox pyes, roman, hekayə qələmə alıb. Teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu məqalələr yazıb.

Heyvanlar haqqında yazdığı kitablarla uşaqların sevgisini qazanıb. O, özü mahir ovçu olub. Bir ovçu kimi apardığı müşahidələr sayəsində əsərlərində heyvanlar aləmini gözəl təsvir edə bilib. O, heyvanların həyatını öyrənmək üçün çoxlu səfərlərə çıxıb. Hətta evində müxtəlif heyvanlar saxlayıb. Onun heyvanlar haqqında yazdığı “Bembi” adlı nağıl-roman çox keçmədən uşaqların sevimli kitabına çevrilib. 1924-cü ildə ilk dəfə çap olunan “Bembi” sonralar bir çox dillərdə və ölkələrdə işıq üzü görüb.

1942-ci ildə amerikalı rəssam Uolt Disney “Bembi” əsəri əsasında cizgi filmi çəkib. 1945-ci ildə İsveçrədə heyvanlar haqqında ən yaxşı hekayə üçün "Bembi" müsabiqəsi keçirilib.

“Bembi” nağıl-romanı Azərbaycan dilində ilk dəfə Elxan Rəhimovun tərcüməsində 1976-cı ildə nəşr olunub.

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.instagram.com/tv/CawN9VlgjaT/?utm_source=ig_web_copy_link

Baxış sayı: 326