Azərbaycanın müasir memarlıq incilərindən biri də "Eurovision - 2012" müsabiqəsi üçün inşa edilmiş və Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən "Baku Crystal Hall"dur. Unikal memarlıq nümunəsi olan bu saray Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında" 2011-ci il 11 iyul tarixli Sərəncamına əsasən tikilib.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə hazırlıq işləri ilə yanaşı, "Baku Crystal Hall"un inşası da qısa zamanda uğurla tamamlanıb. Mehriban xanım Əliyevanın müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında yer alan salamlamasında yarışmaya hazırlıqla bağlı deyilir: "Eurovision mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır".
Mayın 7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə "Baku Crystal Hall"un rəsmən açılışı olub. Qeyd edək ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal memarlığı ilə fərqlənir. Binanın fasadı gözoxşayan kristal elementlərlə bəzədilib. 45 min işıq-diod lampa ilə işıqlandırılan arena genişmiqyaslı tədbirlər üçün möhtəşəm bir məkandır.
Kompleks 23 min nəfərdən çox tamaşaçı qəbul edə bilir. "Alpine BAU Deutschland AG" şirkəti təsdiq edir ki, "kompleks müasir beynəlxalq standartlara cavab verir və tamaşaçıların maneəsiz qəbulu üçün kifayət qədər giriş-çıxış yerlərinə malikdir. Standartlara uyğun olaraq, hər hansı fövqəladə hal baş verdikdə, stadion tamaşaçıları səkkiz dəqiqə ərzində təxliyə oluna bilərlər". Daha 16 min tamaşaçı isə zaldakı çıxışları canlı yayımla bayırdan izləyə bilirlər. Bunun üçün bayırda böyük monitorlar quraşdırılıb. Kompleksin yaxınlığında həmçinin 1500 nəfərlik Mətbuat Mərkəzi də fəaliyyət göstərir.
"Baku Crystal Hall"un maketi Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.
Binanın fasadı həm zalda, həm də bayırda çoxsaylı müasir dinamik işıq qurğuları ilə təchiz olunub, bu isə müxtəlif effektlər yaratmağa imkan verir. Fasadın zahiri divarları parlayan kristallar şəklində işlənib və minlərlə işıq panelindən ibarətdir ki, onlar da axşam və gecə saatlarında memarlıq obyektinin 45 min çalarla parlaq işıqlandırılmasını təmin edirlər. Bu işıqlandırma şəhərin ən ucqar nöqtəsindən belə görünür. İşıq effektlərinin yaradıcısı – İsveçrənin "Nüssli İnternational AG" şirkəridir və o dünyanın heç bir yerində buna bənzər görüntünün olmadığını bildirir.
Şəhərimizin gözəllik rəmzlərindən olan "Baku Crystal Hall" günün istənilən zamanında bənzərsizdir.





- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı