Aya ilk dəfə ayaq basmış adam Nil Armstronq 1930-cu ildə avqust ayının 5-də ABŞ-ın Oqayo ştatının Vapakoneta şəhərində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi həmin şəhərdə bitirib. Yuxarı siniflərdə oxuduğu zaman şəhər aviasiya məktəbində hazırlıqlar keçən Nil 1947-ci ildə aviasiya texnikası ilə bağlı tədqiqatlar aparılan Perdyu Universitetinə daxil olub. 1949-cu ildə Hərbi Dəniz Qüvvələrinə çağırılması ilə əlaqədar olaraq Nil təhsilini dayandırmalı olub. 1950-ci ildə o, ABŞ Hərbi Dəniz Donanmasının tərkibində təyyarə pilotu olub və Koreyaya göndərilib. 1950-1952-ci illərdə o Koreya müharibəsində iştirak edib. Bu müddətdə Armstronq “Grumman F9F Panther” qırıcı təyyarəsi ilə 78 döyüş uçuşu həyata keçirib və bir dəfə düşmən tərəfindən vurulub. Bir “Hava əməliyyatlarına görə” və iki “Qızıl Ulduz” medalları ilə təltif edilib.
1952-ci ildə Armstronq Perdyu Universitetinə qayıdıb və 1955-ci ildə aviasiya texnikası üzrə bakalavr dərəcəsini alaraq uğurla həmin universiteti bitirib. 1955-ci ildə Nil Armstronq Lyuis adına Mühərrik Qurğuları Laboratoriyasında ( Flight Propulsion Laboratory) fəaliyyətə başlayıb. Bir ildən sonra Nil Kaliforniyada yerləşən NASA-ya məxsus Hərbi Hava Qüvvələrinin Edvards adına hərbi bazasında yüksək sürətli uçuşlar stansiyasında (High-Speed Flight Station) fəaliyyətini davam etdirməyə başlayıb. Armstronq F-100A və F-100C həmçinin F-101, F-104A, X-1B, X5, F-105, F106, B-47, KS-135 eksperimental təcrübi təyyarələrin sınaqlarında iştirak edib. 1958-ci ilin iyun ayında Hərbi Hava Qüvvələrinin həyata keçirdikləri MİSS (Man İn Space Soonnest) proqramı çərçivəsində astronavt kimi hazırlıqlar keçməyə başlayıb.
Lakin 1958-ci ildə ilk pilotlaşdırılmış uçuşlara aid bütün işlər NASA-ya veriləndən sonra Nilin hazırlıqları dayandırılıb. Armstronq 1958-ci ilin oktyabr ayında eksperimental raket təyyarə X-15-də uçuşlar üçün pilotlar qrupuna daxil edilib. 1960-ci ilin noyabr ayının 30-dan 1962-ci ilin iyul ayının 26-na qədər Armstronq X-15-də 7 uçuş həyata keçirib. O, ən çox 63 246 metr hündürlüyə qədər qalxa bilib. Bu 1962-ci ildə onun sayca altıncı uçuşu zamanı baş verib. 1960-cı ildə Armstronq “X-20 Dyna-Soar” məxfi hərbi proqramı üçün 7 nəfərdən ibarət pilotlar qrupuna daxil edilib. Nil X-20 təyyarəsinin eniş sınaqlarını həyata keçirmək üçün xüsusi cihazlarla təchiz edilən trenajor F-102 və F5D təyyarələrində tədqiqatlar aparmaqla məşğul olmağa başlayıb.
Artıq 1962-ci ilin yay aylarında Armstronq bu proqramın perspektivsizliyini anlayaraq X-20 pilotlar qrupundan gedib və NASA-da astronavt kimi karyerasını davam etdirməyə qərar verib. Elə həmin ilin sentyabr ayında 250 nəfər namizədin içindən seçilərək NASA-nın pilotlardan ibarət ikinci qrupuna daxil edilib. “Cemini” və “Apollo” proqramları üzrə uçuş hazırlıqları keçib. 1966-cı ilin mart ayının 17-də Nil Armstronq “Cemini 8” kosmik gəmisinin komandiri kimi özünün ilk kosmik uçuşunu həyata keçirib. Qəza səbəbilə uçuşu dayandırmalarına görə planlaşdırılan bir çox vəzifələr həyata keçirilə bilməyib. Lakin əsas olan pilotsuz raket “Agena” ilə birləşmə əməliyyatı uğurla həyata keçirilib. Astronavtların kosmik fəzada qalmaları 10 saat 41 dəqiqə 26 saniyə davam edib. Armstronq 1966-cı ilin iyun ayının 16-da “Apollo-11” kosmik gəmisinin komandiri kimi özünü ikinci, lakin tarixə düşmüş uçuşunu həyata keçirib. 1969-cu il iyul ayının 20-də Nil Armstronq milyonlarla televiziya tamaşaçısının gözləri qarşısında canlı yayımla Aya eniş edəndən sonra kosmik gəminin sonunçu pilləsindən Ayın səthinə sıçrayıb. Armstronq Ay səthinə ayağını ilk dəfə basarkən: “İnsan üçün kiçik olan bu addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır” ("That's one small step for a man, one giant leap for mankind"), - deyə hayqırıb. Armstronq gəmidən kənarda 2 saat 21 dəqiqə keçirib. Armstronq 1969-cu ilin iyul ayının 24-də Yerə qayıdıb. Kosmosda uçuş 8 gün 3 saat 18 dəqiqə 35 saniyə davam edib.
Aya uçuşundan sonra Armstronq 1969-1971-ci illərdə NASA-nın aeronavtika şöbə rəhbərinin müavini vəzifəsində çalışıb. 1970-ci ildə o, Cənubi Kaliforniya Universitetinin aerokosmik texnikası üzrə elmlər magistri dərəcəsini alıb. 1971-ci ilin avqust ayından 1979-cu ilə qədər Sinsinatti Univarsitetinin mexanika professoru vəzifəsində çalışıb. 1974-cü ildə Armstronq NASA-dan istefa edib və şəxsi bizneslə məşğul olmağa başlayıb. 1980-1982-ci illərdə Oqayo ştatının Livan şəhərində “Cardwell International LTD” şirkətinin direktorlar şurasının sədri olub. 1982-ci ildən 1992-ci ilə qədər Virciniya ştatının Şarlotsvill şəhərində “Computing Technologies for Aviation,İnc” şirkətinə sədrlik edib. Bununla eyni zamanda 1981-ci ildən 1999-cu ilə qədər “Eaton Corp” şirkətinin direktorlar şurasında fəaliyyət göstərib. 1986-cı ildə “Challenger” şatlının qəzaya uğramasını araşdıran komissiyanın sədr müavini vəzifəsində fəaliyyətə başlayıb. 2000-ci ildə Armstronq müdafiə və aerokosmik sənaye üçün müxtəlif cihazlar istehsal edən “EDO Corp” şirkətinin direktorlar şurasının sədri seçilib.
2012-ci ilin avqust ayının 9-da Nil Armstronq ürəyindən əməliyyat keçirib. Avqust ayının 25-də isə Aya ilk dəfə ayaq basan insan dünyasını dəyişərək haqqa qovuşub.
Armstronqun saysız mükafatlarının siyahısına Prezidentin Azadlıq (The Presidential medal of Freedom), ABŞ Konqresinin Kosmik Şərəf (Congressional Space Medal of Honor) medalları da daxildir. Onun adı ABŞ astronavtlarının şöhrət zalına (U.S. Astronaut Hall of Fame) daxil edilib. 2009-cu ildə Armstronq ABŞ Konqresinin Qızıl medalı ilə təltif edilib.
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib