O, yaddaşlarda təvazökar və həlim xasiyyətli insan, yorulmaz musiqi tədqiqatçısı, ictimai xadim və unudulmaz müəllim kimi qalacaq. Bəli, belə müdrik bir insan idi Bilqeyis xanım.
Ondan neçə-neçə musiqiçi nəsli dərs alıb. O, Azərbaycanda musiqinin polifoniya sahəsi üzrə ən kamil bilicilərindən biri, bəlkə də birincisi idi. Bilqeyis xanım bu elmin mükəmməl bilicisi olmaqla bərabər, həm də təcrübəli müəllim idi. Onun dərsləri elmi və praktiki müddəalara əsaslanaraq çox yüksək şəkildə keçirdi. Bu dərslərin maraqlı olmasının səbəbi onun hərtərəfli biliyi, yüksək intellekti və musiqi ictimaiyyətinə dərindən bələd olması idi. Tədris etdiyi fənni tələbələrinə o qədər dərindən, əsaslı şəkildə öyrədirdi ki, keçdiyi dərslər onun yetirmələri üçün uzun illər elm və sənət mənbəyi olurdu.
Dünya şöhrətli bəstəkarımız Qara Qarayevlə qohumluq münasibətləri olan Bilqeyis xanım həm onun, həm də digər bəstəkarların həyat və yaradıcılığına dərindən bələd idi. O, görkəmli sənətkarların keşməkeşli həyat və yaradıcılıq yolundan danışmaqla tələbələrinə də bu sənətin ciddi və məsuliyyətli olmasını aşılamağa çalışıb. Bilqeyis xanım zəngin bir həyat və sənət yolu keçib.
Bilqeyis Mir Əbdülqəni qızı Məmmədova 1931-ci il sentyabrın 27-də Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bitirərək elə həmin ildən də konservatoriyanın Musiqi nəzəriyyəsi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Ömrünün sonunadək bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirib, eyni zamanda, müxtəlif vəzifələrdə çalışıb.
1953-1962-ci illərdə Azərbaycan Dövlət Musiqi Nəşriyyatının baş redaktoru, 1962-1966-cı illərdə “Azərnəşr”də redaksiya müdiri, 1969-1979-ci illərdə Dövlət Konservatoriyasında tədris və elmi işlər üzrə prorektor, 1974-1977-ci illərdə Konservatoriyanın rektoru işləyib.
Bilqeyis xanım bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin müəllifidir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının professoru idi. Bütün ömrünü musiqi sənətimizin inkişafına və bu sahədə peşəkar mütəxəssislərin yetişməsinə sərf edən Bilqeyis xanım mədəniyyət sahəsində yorulmaz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Bütün bunlar fədakar insan ömrünün səhifələridir. Bu ömür kitabının son səhifəsinə yazılan tarix isə 2010-cu il iyulun 3-dür.
Deyirlər, dünya bir pəncərədir, hər gələn baxar gedər...
Amma yox, bu pəncərədən sadəcə baxıb getməyənlər, özlərindən sonra bir iz qoyan, öz işləri ilə daim xatırlanan insanlar var. Onlardan biri də unudulmaz alim və müəllim Bilqeyis Məmmədova idi.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.- 2010.- 7 iyul.- S. 6.
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı