Bu gün tanınmış heykəltaraş, Xalq rəssamı, akademik Ömər Eldarovun 96 yaşı tamam olur.
Ömər Eldarov 21 dekabr 1927-ci ildə Dərbənd şəhərində anadan olub. 1941-1945-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin Helkəltəraşlıq bölməsində, 1945-1951-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının İlya Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Heykəltəraşlıq fakültəsində təhsil almışdır. 1967-ci ildə SSRİ (hazırda Rusiya) Rəssamlıq Akademiyasının müxbir üzvü, 1988-ci ildə həqiqi üzvü, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Ömər Eldarov 1951-ci ildən həm pedaqoq, həm də sənətkar kimi intensiv fəaliyyət göstərmiş, Bakı Rəssamlıq məktəbində müəllim, SSRİ Rəssamlıq Akademiyasının Yaradıcılıq emalatxanasının rəhbəri kimi gənc kadrların yetişməsində mühüm rol oynamışdır.
Görkəmli sənətkarın zəngin yaradıcılığı bütövlükdə vətənpərvər ziyalı amalının məhsuludur. Bu cür əsərlər sırasında Bakı şəhərində ucaldılmış şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün, məşhur mühəndis Nikola Teslanın, maestro Niyazinin heykəllərini, bəstəkar Üzeyir Hacıbəylinin, rəssam Əzim Əzimzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun, müğənni Rəşid Behbudovun, akademik Həsən Əliyevin, yazıçı Yusif Səmədoğlunun və başqalarının qəbirüstü abidələrini göstərmək olar.
Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabandakı Xatirə Kompleksi və Türkiyənin Qars şəhərindəki heykəli görkəmli heykəltəraşın yaradıcılığında xüsusi yer tutur.
Ömər Eldarovun yaratdığı heykəllər təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində milli incəsənətimizi yüksək səviyyədə təmsil edir. Vyananın Donau parkında Üzeyir Hacıbəylinin büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində “Parçalanmış vətən” büstü, Düşənbə şəhərindəki İbn Sina və Sədrəddin Ayninin büstləri, Sevastopolda Şapun-dağda 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə qoyulmuş Xatirə Büstü, Mahaçqala şəhərində görkəmli alim Əziz Əliyevin büstü tanınmış heykəltəraşın sənətinin milliliklə yanaşı, bəşərililiyini isbat edir.
Akademik Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Azərbaycan SSR Ali Sovetinin (1969-1973) Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Milli Məclisin (1995-2000) deputatı seçildiyi illərdə öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir.
Tanınmış rəssam və heykəltəraş sənətkarın xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” (1963), Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adlarına (1982) layiq görülmüş, SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət Mükafatı laureatıdır. “Şərəf nişanı” (1959, 2012), “Qırmızı Əmək Bayrağı” (1986), “İstiqlal” ordenləri ilə təltif edilmiş (1997), Heydər Əliyev Mükafatına layiq görülmüşdür (2009). “Birliyin ulduzları” və AMEA-nın akademik Üzeyir Hacıbəyli mükafatını alan rəssam (2014) “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir (2017).
2015-ci ildə Bakı şəhərində keçirilmiş Avropa Oyunlarının məşəli məhz Ömər Eldarov tərəfindən Heydər Əliyev Mərkəzinə gətirilmişdir.
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib